Gənclik Mall-da müştəriləri belə aldadırlar - FOTOFAKT

17-08-2016, 11:37           

Gənclik Mall-da yerləşən "Pakdad" restoranında müştərilər aldadılır.

Bu haqda AZXEBER.COM-a Mikayıl Məmmədov adlı vətəndaş məlumat verib.

Onun dediyinə görə, alış-veriş mərkəzində yerləşən "Pakdad" restoranında yalançı reklam yerləşdirilib və bu yolla restoran vətəndaşları özünə cəlb edir.

Restoranın reklam menyusunda dönərlə coca-colanın fotosu yerləşədirilib və vahid qiymət göstərilib, bunu görüb aldanan vətəndaşlar kassaya yaxınlaşanda sürprizlə qarşılaşır: "Mən uzaqdan reklam menyusunu görüb, "Pakdad"a yaxınlaşdım və həmin menyunu seçdim. Ancaq kassaya yaxınlaşanda mənə dedilər ki, o sadəcə reklamdır və coca-colanın qiyməti menyuya daxil deyil. "Bəs siz niyə bizi belə aldadırsız" sualıma isə xoşunuz gəlmirsə, almayın, biz sizi məcbur etmirik cavabını verdilər."

Vətəndaş eyni zamanda bu restoranda xidmətin də çox zəif olduğunu və işçilərin öz aralarında zarafat etdiklərini və xidmət zamanı telefonla oynadıqlarını deyib.

Gənclik Mall-da yerləşən "Pakdad"ın yalançı reklam kampaniyasını əks etdirən fotoları təqdim edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru