“Azərsu”da FƏTÖ-çular kimdir? - Şok adlar

20-08-2016, 01:21           
“Azərsu”da FƏTÖ-çular kimdir? - Şok adlar
“Azərsu” ASC Fətullah Gülən şəbəkəsi ilə əlaqədə ittinam olunur

FƏTÖ-nun “Azərsu” nümayəndəliyi var.

Həmin nümayəndəliyə ASC sədri Qorxmaz Hüseynovun baş müşaviri təyin olunan Tofiq Coşku rəhbərlik edib. Bu təyinatdan sonra “Azərsu”ya Gülənin kadrları yerləşdirilməyə başlanıb.

teref.az cumhuriyyət.az-ın məlumatlarına istinadən yazır ki, nurçuların bu qurumdakı sayı 150 nəfərə çatıb və əvəzində Qərbi Azərbaycandan olan YAP-ın sadiq üzvləri heç bir səbəb olmadan “Azərsu”dan azad edilib.

Eyni zamanda “Azərsu”da büdcə müəyyənləşməsindən sonra Gülənin şirkəti dəvət olunub. Bir sıra iri layihələr həmin şirkətlərə həvalə edilib. Həmin şirkətlərin ən böyüyü “Lotos” şirkətidir.

Bu şirkətin prezidenti Ənvər bəy ölkəmizə dəvət olunmuş, onunla iş bölgüsü aparılmış, paylar müəyyən edilmiş, iri həcmli tender müqavilələri bağlanmış, “Lotos” şirkəti “Hidro Lotos” adlandırılaraq birgə müəssisəyə çevrilib.

Qorxmaz Hüseynovun qaynı Natiq bəy də şirkətdə pay sahibi olub.

“Lotos” şirkətinin nəzdində bir neçə müəssisə yaradılmış və ən böyük layihə, yəni Ceyranbatan təmizləyici qurğu ilə bağlı işlər bu müəssisələrə tapşırılıb. İlkin smeta dəyəri 180 milyon manat olsa da, sonradan bu məbləğ artırılaraq 250 milyon manata çatdırılıb.

Əslində isə o qurğuya cəmi 80 milyon manat pul xərclənibmiş. Qalan çirkli pullar Türkiyə şirkəti olan “Hidro Lotos”a göndərilib, orada yuyulub. İddia olunur ki,
Qorxmaz Hüseynov tərəfindən verilmiş bir çox iri müəssisələr- “Tosoil” yanacaqdoldurma məntəqəsi, heyvandarlıq fermaları və s. Gülən şəbəkəsinə peşkəş olunub. Türkiyədə də bir sıra iri obyektlər “Azərsu” şefi tərəfindən hədiyyə edildiyi deyilir.

Hətta Q.Hüseynovun qardaşı Faiq Hüseynov tərəfindən şərti adı T.C.F.Q. olan, dəyəri 25 milyona yaxın kater də hədiyyə verilib.

Q.Hüseynovun oğlu Araz Hüseynov heç bir imtahan vermədən Gülənin universitetində təhsil almağa başladığı da iddia edilir.

Türkiyədə Ərdoğanın prezident seçilməsindən sonra Azərbaycanda olan Fetoçuların siyahısı Azərbaycan hakimiyyətinə təqdim olunub. Həmin vaxt “Azərsu”dakı Fetoçu Tefik Coşku H.Əliyev adına hava limanında saxlanılaraq, Türkiyəyə departasiya olunub.

Mənbə qeyd edir ki, növbəti yazıda “Azərsu” prezidentinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, digər müavinlər İlqar Tağıyev, Köçəri Həsənov və başqalarının iştirakı ilə bağ evində keçirilən toplantı barədə söhbət açılacaq.

Qeyd edək ki, toplantı Köçəri Həsənova məxsus bağ evində keçirilib.
teref.az olaraq adları çəkilən hıər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.