Süleyman Mikayılovdan prezidentə böyük xəyanət: İlham Əliyevin sözlərini ələ salan məmur necə qorundu?
21-08-2016, 22:02
Bir neçə ay öncə saytlarda ölkə gündəmini silkələyən şok səsyazısı yayılmışdı. Qaradağ Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynovun səsinin qeydə alındığı sözügedən şok audio yazı Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlundan külli miqdarda rüşvət istənilirdi.
Savash.org xatırladır ki, Qarabağ qazisi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ilə rəsmiləşdirilən fərdi yaşayış sahəsi üçün mülkiyyətində olan torpaq sahəsində tikinti aparmaq üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş, əvvəl İH başçısının müavini Elnur Qurbanov onlardan 100.000 manat rüşvət istəsə də, sonradan icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Rasim Hüseynov 80.000 manatla razılaşıb. Həmçinin şöbə müdiri dövlət məmuru adına yaraşmayacaq şəkildə ölkə rəhbərliyinin, konkret prezident İlham Əliyevin fəaliyyəti haqda xoş olmayan fikirlər işlədib.
Savash.org həmin fikirləri təkrar təqdim edir: “Prezident çox söz deyir, prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Ancaq 168 manata hansı “qurumsaq” işləyər? Prezident sahibkarlara kredit ayrılmasını tapşırır, 100.000 manat verilən kreditdən deyirlər ki, 50.000 manatını qoy burda get. Məsələn siz tikinti tikmək üçün istədiyimiz 80.000 manatı verməsəniz, bizə tikinti ilə bağlı müraciət edəsi olsanız, biz də rəsmi olaraq cavab verəcəyik ki, mümkün deyil, icazə verilmir. Siz də axırda məcbur qalıb dediyimiz məbləği verməklə, tikəcəksiniz. Bəlkə də siz həmin məbləğlə başqa yerdə 4 obyekt ala bilərsiniz, amma burada qiymət belədir. Mən icra başçısının pul mövzusunda ən etibar etdiyi adamam. Bu işə əvvəllər İH-da çoxları baxıb, amma hamısı da başçıya “atıblar”deyə mənə həvalə olunub. Məsələn, mən aldığım 50.000 puldan mənə icra başçısı 1000 manat pul verə ya verməyə”.
Olduqca ciddi ittihamların yer aldığı həmin audio yazının yayılmasından sonra məsələ böyük əks-səda doğurmuşdu. Hər kəs bu fikirlərin müəllifi olan Qaradağ RİH-nin hüquq şöbəsinin müdiri Rasim Hüseynovun ciddi şəkildə cəzalandırılacağını gözləyirdi. Amma necə deyərlər, sən saydığını say, görək Süleyman Mikayılov nə sayır?
Süleyman Mikayılovdan prezidentə böyük xəyanət: İlham Əliyevin sözlərini ələ salan məmur necə qorundu?Savash.org-a daxil olan informasiyada bildirilir ki, məsələ böyüdükdən sonra fakt qarşısında qalan Qaradağ RİH başçısı Rasim Hüseynova bir müddət icra aparatında görünməməyi, hər şey unudulandan sonra yenidən vəzifəsinin başına qayıda biləcəyini deyib. Süleyman Mikayılovun bu tövsiyyəsinə əməl edən Rasim Hüseynov belə də edib, iki aydan artıq “səhhətindəki ciddi problemlərə görə” işdən uzaqlaşıb, amma maraqlıdır ki, “səhhətində ciddi problemlər” olmasına rəğmən qeyri-rəsmi olaraq icra başçısının tapşırıqlarının yerinə yetirilməsilə də məşğul olub. Qaradağ RİH-nin rəsmi saytından Rasim Hüseynovun adı çıxarılsa da, onun daşıdığı “hüquq şöbəsinin müdiri” vəsifəsi qrafası bu günə qədər də boş qalıb. Bu isə Rasim Hüseynovun əslində tutduğu vəzifədən çıxarılmadığı, baş verənlərin isə “gözə kül üfürmək” olduğunu düşünmək üçün əsaslar yaradır.