Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

25-04-2024, 08:57           
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda ittiham olunublar.

Komi məhkəməsi onları qiyabi həbs edib.

Həmçinin Sıktıvkar Şəhər Məhkəməsi şahmatçını və keçmiş deputatı “terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və terrorizmə ictimai çağırışlarda” ittiham edib.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Komi Respublikası üzrə İdarəsinin materialları əsasında cinayət işi başlanıb.

İttihamın təfərrüatı açıqlanmır. (Mənbə: meduza.io)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru