Zaqatala su-kanal idarəsinin rəisi sahibkarlari istismar edir

22-08-2016, 16:13           

Qurumun rəisi Qabil Qurbanov sahibkarları qeyri-qanuni olaraq aylığa "otuzdurur” Bu gün ölkə regionlarında fəaliyyət göstərən sahibkarların mövcud durumu heç də ürəkaçan deyil. Məlum devalvasiya, qiymət artımı, ictimai qınaq, yerlərdə məmur müdaxiləsi və digər təsirlərlə qarşı-qarşıya gəlmək məcburiyyətində qalmış sahibkarlar, ətraf təsirlərdən korroziyaya uğrayan metal obrazını xatırladır. Çoxillik sahibkarlıq fəaliyyətinə malik olan Zaqatalalı iş adamları məmur təzyiqlərinə məruz qaldığını və bununla bağlı dəfələrlə icra hakimiyyətinə müraciətlər etdiyini bildirirlər. Rayonun mərkəzində obyekt sahibi olan sahibkarlar, Zaqatala Su-Kanal İdarəsi tərəfindən potensial təzyiqlərə məruz qaldığını iddia edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və dövlət tərəfindən təyin edilən müvafiq tələbləri yerinə yetirirək hər ay büdcəyə vergi ödəyirik. Lakin Su İdarəsinin rəisi Qabil Qurbanov bizi işləməyə qoymur. İstifadə etdiyimiz suya görə bizdən əlavə aylıq tələb edən Qabil Qurbanov razılaşmadığımız təqdirdə, obyektə verilən suyun dayandırılacağını bildirir. Biz sahibkarlar istifadə edilən suya sayğac qoyulmasını və hər ay israf olunan suyun pulunu ödəməyimizi bildirsəkdə , O bizim qanuni tələbimizi yerinə yetirməkdən boyun qaçırır. Bizə deyir sayğacı neynirsiniz, ayda mənə filan qədər verin, məsələni öldürüm. Deyir sizin obyektinizdə alver güclü gedir, suya verdiyiniz məbləği çoxaldıram. Biz alverin olmadığını, alıcı qıtlığı ilə üzləşdiyimizi söyləsək də, Qabil beynində ki havanı oynayır. Dedik gedib Azərsu ASC sədri Qorxmaz Hüseynova müraciət edəcik, qoy sənin barəndə ölçü götürsün. O isə "elə məni Qorxmaz göndəribdə Zaqatalaya” deyərək bizi işləməyə qoymur.” Belə bir şəraitdə işləyə bilməyəcəyini bildirən iş adamları, "Azərsu" rəhbərliyinin məsələyə münasibət bildirmədikləri təqdirdə, məsələ ilə bağlı Ölkə Prezidentindən köməklik istəyəcəklərini bildirdilər. Ölkə Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasdakı çıxışı zamanı sahibkarlıq fəaliyyəti ilə bağlı irəli sürdüyü humanist qərar, yekdilliklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların rəğbəti ilə qarşılandı. Sahibkarların yerlərdə incidilməsini ön plana çəkən dövlət başçısı, sahibkarlar tərəfindən çoxsaylı şikayət məktublarının gəlməsini və məsələ ilə bağlı zəruri addımlar atılacağını qeyd edərək, müvafiq lisenziyaların sayının, eləcə də digər tələb olunan öhdəliklərin ləğv edildiyini bildirdi. Bundan sonra dövlət başçısı Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin göndərildiyini də bəyan etdi. Lakin yerlərdə Qabil Qurbanov kimi məmurların yol verdiyi neqativ hallar, sahibkarlara olan mühüm dövlət qayğısını arxa plana ataraq Zaqatalada sahbkarlığın inkişafına xələl gətirir. Regionların sosial inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramının əsas məqsədi, qeyri-neft sektorunun inkişafının önəmli olmasını sübuta yetirən sahibkarlıq fəaliyyətinin dinamik inkişafını, sahibkarlıq fonunda yeni istehsal və emal müəssisələrinin yaradılmasına, bölgələrdə büdcədən asılılığın aradan qaldırılmasına xidmət edir. Lakin xeyli sayda işçinin çalışdığı sahibkarlq subyektinə qeyri-qanuni şəkildə müdaxilə edərək onlara süni qadağalar qoyan Ərazi Su-Kanal idarəsinin rəisi, bu sahədə irəli sürülən mühüm öhdəliklərə biganəlik nümayiş etdirərək, sahibkar azadlığı üzərindən xətt çəkir. Güman edirik "Azərsu”ASC rəhbərliyi, məsələ ilə bağlı adekvat addım ataraq sahibkarları real təzyiqlərə məruz edən məmur barədə lazımi ölçü götürəcəkdir.
P.S. Xüsusilə qeyd edək ki, Su-Kanal idarəsinin rəisi Qabil Qurbanov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri və Təhsil Şöbəsinin müdiri Habil Qurbanovun qardaşıdır.
Xalqxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.