Arzu Rəhimov Zakir Həsənovun əl-qolunu necə bağlayır...

23-08-2016, 11:07           
Arzu Rəhimov Zakir Həsənovun əl-qolunu necə bağlayır...
Həm qardaş Türkiyədə baş verən olaylar və həm də regionumuzda sərəyan edən anti-müsəlman gərilməsi ölkəmiz Azərbaycanı da vadar edir ki, gərginliklərə hazır olaq. Və bu zorunluğun səbəbi bu gün Azərbaycan hakimiyyətinin də daha çevik və mobil bir komandaya çevrilməsini zəruriləşdiririr. Məhz bu zərurətin nəticəsi idi ki, Azərbaycanda ordunun başına Zakir Həsənov kimi bir fiqur gətirildi.

Nazir təyin olunandan sonra Azərbaycanın ilk olaraq müdafiə sisteminin yararlılığını gözdən keçirən və ardından da Müdafiə Nazirliyinin ənənəvi ürkək xarakterini dəyişərək MÜDAFİƏ YOX, HÜCUM NAZİRLİYİ mahiyyətinə söykənən quruculuq işlərinə baş vuran Zakir Həsənov qısa müddət ərzində dövlətin ordumuza xərclədiyi milyardların gözlənilən nəticəliliyini təmin etmiş oldu.

Bunun bariz subutu isə 2 Aprel döyüşləri oldu. Təbii ki, bu döyüşlərdə əsgər və zabitlərimizin çəxsi qəhrəmanlıqlarını unuda bilmərik. Amma eyni zamanda illər ərzində orduya yatırılan vəsaitin də səmərələliyini qeyd etmək lazımdır.

Halbuki buna qədər Azərbaycanda elə bir təəssürat yaranırdı ki, xərclənən milyardlar heç bir dəyişikliyə səbəb olmayıb. Zakir Həsənov isə milyardların hesabını verərək bu gün Azərbaycan ordusunu təkcə müdafiə qabiliyyətli yx, həm də real nəticəyə vara biləcək hücum keyfiyyətli bir möhtəşəm orduya çevirib.

Bütün bunlar məhz Zakir Həsənovun şəxsi xüsusiyyətlərinin də təzahürü kimi qəbul olunmalıdır. Prezidentin, Ali Baş Komandanın əmr və tapşırıqları buna qədər də icra olunurdu. Amma hansı keyfiyyətdə… Məhz fərdi keyfiyyətlər də verilən göstərişlərin icrasının səviyyəsində özünü qabarıq formada göstərir.

Təbii ki, belə bir şəraitdə, yəni bütün çevrəsi qaynayan, qana susayan bir geosiyasi ünvanda yerləşən Azərbaycanın Zakir Həsənov kimi hərb naziri ilə yürüməsi uğurlu seçimdir. Amma əskiklərimiz də yox deyil, bunlar xüsusi olaraq vurğulanmalıdır…

DİA.AZ bildirir ki, bu gün ordu quruculuğunun ibtidaisi, əlifbası hesab olunan səfərbərlik sistemi demək olar ki, yarıtmaz bir durumdadır. Əslində 2012-ci ildə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətinin ilk günlərindəncə naşı əllərdə olduğunu nümayiş etdirdi. Dövlət Miqrasiya Xidmətinin rəhbərliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə transfer olunan Arzu Rəhimov bu gün hansı məsuliyyəti daşıdığının bəlkə də tam olaraq fərqində deyil.

Bu bir faktdır ki, qurum yeni yaradılanda ölkənin hərbi çağırış sistemində rəsmən bir xaos yaşanıldı. Belə ki, vaxtında çağırışçıları hərbi hissələrə cəlb edə bilməyən Arzu Rəhimov hərbi xidmət müddəti bitmiş hərbi qulluqçuların bir neçə müddət sonra buraxılmasına səbəb olmasını «yuxarılara» hansı formada izah etdi…. bundan xəbərsizik. Amma xəbərimiz var ki, məhz bu naşılığı səbəbindən Arzu Rəhimov ilk xəbərdarlıq siqnalını almış oldu.

Sonradan özünün miqrasiya xidmətindəki keyfiyyətlərini yeni iş yerində ttbiq etməyə başlayan Arzu Rəhimov mühüm strateji bir görəvi daşıdığının yenə də fərqinə vara bilmədi. Nəticədə qosqoca general-leytenantın sürücüsünün, yaxınlarının adları milyonluq rüşvət skandalında hallandı.

DİA.AZ xatırladır ki, ona bunu da bağışladılar. Halbuki bağışlanmamalı idi. Çünki ordu quruculuğunun əlifbası siyasətində istənilən bir axsaqlığımız özünü mütləq döyüş meydanında hiss etdirəcək və zaman-zaman Arzu Rəhimova edilən güzəştlər daha ciddi problemlərə nədən ola bilərdi ki, oldu da.

Bu da bir faktdır ki, Zakir Həsənov müdafiə sisteminin çevikliyini yoxlama məqsədilə ehtiyatda olan hərbçilərin çağırışının təşkili zamanı da məhz tam istədiklərini həyata keçirə bilməmişdi. Buna səbəb isə Arzu Rəhimovun üzərinə düşən işin öhdəsindən layiqiencə gələ bilməməsi idi.

Bəli, Arzu Rəhimov Zakir Həsənovun gördüyü mükəmməl işə elə bir ciddi zərbə vurdu ki, Azərbaycan ordusunun istənilən ekstremal şəraitdə hansı qabiliyyəti ortaya qoya bilməsi haqda tam təsəvvürlərə hələ də malik ola bilməmişik.

Nə etməli? Təbii ki, bu gün bütün çevrəsi qan içində olan və özünün də bir Qarabağ haqq-hesabı olan Azərbaycan üçün Zakir Həsənov kimi bir çevik nazir necə uğurlu tapıntıdırsa, Arzu Rəhimov kimi yarıtmaz xidmət rəisi o qədər uğursuz kadrdır və Azərbaycanın öz hədəflərinə doğru yürüməsində rəsmən əyləc rolunu oynamaqdadır.

Bizə əyləc yox, bu gün Zakir Həsənovu tamamlayacaq, Ali Baş Komandanın əm rvə göstərişlərinin icrasında onun fəaliyyətinə sürət keyfiyyəti qatacaq bir səfərbərlik sistemi lazımdır.

DİA.AZ bildirir ki, bu gün ola bilsin ki, hazırki hərbi heyətlə atəkəs durumunu yola verə bilirik. Sabah meydana 300-400 min əsgərin çıxarılması zərurəti yarana bilər. Bu zərurətin təmin edilməsində isə Arzu Rəhimov kimi biriləri qaldıqca, hədəflərimizə doğru yürüməiyimzin özü arzu olaraq qalacaq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.