199 saylı usaq bağçasının direktoru valideynləri divara dirəyib
30-08-2016, 22:23

Yeni dərs ilinin başlanması ərəfəsində məktəblərdə və usaq bağçalarında canlanma əmələ gəlib. Xüsusilə məktəbəqədər müəssisələrində olan usaq bağçaları-körpələr evlərində müdirələr daha çox fəallaşıb. Halhazırda paytaxtda fəaliyyət göstərən bu tip dövlət müəssisələrinin hamısı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindədir və təbii ki, onların heç biri pullu deyil. Lakin buna baxmayaraq, bağça müdirələrinin bir çoxu rəhbərlik etdikləri məktəbəqədər müəssisələrdən şəxsi mənfəət əldə etmək məqsədilə istifadə edirlər. Belələrindən biri də Xətai rayonunun ərazisində yerləşən 199 saylı usaq bağçasının müdirəsi Zemfira Mirzəyevadır. Sözü gedən usaq bağçası ilə bağlı valideynlər tərəfindən şikayət xarakterli müraciətlər ünvanlanıb. Şikayətçilərin bildirdiyinə görə, bağçanın müdirəsi hər bir usağı qəbul etmək üçün hər bir valideyndən 300 manat tələb edir və alır. Pul verilmədikdə müxtəliv bəhanələr ortaya çıxır: " yerimiz yoxdur..., halhazırda təmir gedir, ona görə qruplar dolub” və sairə. Valideynlərdən biri konkret olaraq bildirir ki, onun 3 usağı var və gündlik çörək pulunu güclə çıxarır. Bu yaxınlarda usaqları 199 saylı bağçaya düzəltmək üçün Zemfira xanıma müraciət edib və müdirə ondan hər usağa görə 3 manat tələb edib. Zavallı valideyn bir qədər güzəşt getməyi rica etdikdə, Zemfira xanım çox əsəbiləşib və masanın üzərindəki kül qabını götürüb valideynin başının üstündən tullayıb. Fəhlə işləyən həmin valideyn iddia edir ki, əgər başını əyməsəydi kül qabı beynini dağıtmışdı. Özünə güclə gələn zavallı fəhlə Zemfira xanıma acizanə sürədə yalvararaq xahiş edib ki, onun vəziyyətini nəzərə alsın. Mirzəyevanın cavabı isə belə olub ki, " elə bilirsən bu pullar mənim özümə qalır, Eldar hamısını tutub əlimdən alır...”.
Bu məlumatları çatdıran başı bəlalı valideyn çarənin olmadığını bildirərək, təsəlli axtardığını dilə gətirib. Onu da qeyd edək ki, belə valideynlərin sayı az deyildir. Bundan əlavə aldığımız şikayət xarakterlı müraciətlərdə 199 saylı usaq bağçasında mütəmadi olaraq valideynlərdən hər ay 100 manata yaxın pul alınır. Bayram və personalın ad günlərində isə əlavə olaraq pul yığılır. Təəssüflər olsun ki, Zemfira Mirzəyevanıpn qanunsuz əməllərinə son qoyulmur və hətta Bakı şəhər İcra Hakimiyyətində ona himayədarlıq edənlər də var. Bu cür cəzasızlıq və toxunulmazlıq mövqeyi isə bağça müdirəsini daha da ilhamlandırır və o valideynləri əməlli-başlı divara dirəyir. Valideynlər onu bda iddia edirlər ki, sözü gedən usaq bağçasında zavallı tifillərə keyfiyyətsiz yemək verilir. Halbuki İcra hakimiyyıəti tərəfindən bu məqsədlə bahalı və keyfiyyətli ərzaq ayrılaraq bağçaya göndərilir. Zemfira xanımın əldən zirək köməkçiləri isə gözlə qaş arasında göndərilən ərzaqları ucuzları ilə əvəz edirlər. Nəticədə körpələrin masalarına turşumuş və ürək bulandırıcı şorbalar, 3 gündən qalma başyarıcı şirniyyat verilir. Valideynlərdən birinin sözlərinə görə, usaqlara verilən kətələrlə divara mismar da vurmaq olar. Məhs elə buna görə bu bağçanın usaqlarının dodaqları il boyu yara-xora içində olur. Hətta sözə baxmayan usaqları müəllimələrin və dayələrin fiziki təzyiqlərə məruz qoymasından da bəhs edən valideynlər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan dərdlərinə çarə istəyirlər. Həmin valideynlər ölkə prezidenti İlham
Əliyevə də müraciət hazırlayılar. Növbəti məqaləmizdə həmin müraciəti də təqdim edəcəyik.irevan-press