Erməni keşiş öz avtomobilini “Artsax” separatçılarına bağışladı

22-06-2024, 15:24           
Erməni keşiş öz avtomobilini “Artsax” separatçılarına bağışladı
Ermənistandakı etiraz aksiyalarının lideri keşiş Baqrat Srbazan Azərbaycanla sərhəddəki Kirants kəndindən İrəvana qayıdıb.

Keşiş dərhal İrəvandakı qondarma “Artsax nümayəndəliyi”nə baş çəkib.

Burada o, Qarabağdan qovulmuş “Artsax prezidenti” Samvel Şahramanyan və qondarma “Artsax deputatları” ilə görüşüb. Görüş zamanı Baqrat Srbazan öz avtomobilini “Artsax nümayəndəliyi”nə bağışlamaq istədiyini bildirib.

Xatırladaq ki, ötən gün DİN-in xüsusi təyinatlıları “Artsax nümayəndəliyi”nə gedərək, Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər. Onun özü isə istintaqa cəlb olunub.

“Mən hadisəni yeni öyrəndim. Xalqımıza xidmət etmək üçün sizə maşınımı vermək istəyirəm”, - deyə Baqrat Srbazan avtomobilinin açarlarını Şahramanyana təqdim edib.


Mənbə: yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru