Nizaməddin Quliyev Bakıda yaşayan gəlininə yerli büdcədən maaş verir-KORRUPSİYA

1-09-2016, 09:37           
Nizaməddin Quliyev Bakıda yaşayan gəlininə yerli büdcədən maaş verir-KORRUPSİYA
Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin qanunsuz əməlləri barədə ölkə mediası yüzlərlə fakt yazmasına baxmayaraq, bu adam cəzasız qalmaqdadır. Korrupsiyadan tutmuş digər neqativ əməllərlə məşğul olan icra başçısı son dəfə gündəmə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi qoruq zonasında qanunsuz qızıl axtarışı apartmasına görə, gündəmə gəlmişdi. Düzdür, buna görə, ətrafında həbs aparılan icra başçısı həmçinin, PA rəhbərliyi tərəfindən töhmət alsa da yenə də neqativ işlərini davam etdirməkdədir.
Nizaməddin Quliyevlə bağlı daha bir fakt ortaya çıxıb. Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısı rayon təhsil şöbəsində bir neçə qohumunun adını ştata saldırıb və onlar işə gəlmədiyi halda büdcədən əmək haqqı alır. Bu şəxslərdən biri də Nizaməddin Quliyevin gəlini Vüsalə Quliyevadır. Belə ki, faktiki olaraq, ailəsi ilə Bakı şəhərində yaşayan Vüsalə Quliyeva təhsil şöbəsinin həmkarlar təşkilatında ştatdadır və buna görə 500 manat məbləğində əmək haqqı alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.