"Ukrayna Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə edir" - Zelenski
4-07-2024, 09:08
Hurriyyet.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski "Blumberq" (“Bloomberg”) nəşrinə müsahibəsində Kiyevin Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə etdiyini söyləyib. Zelenski deyib: "Ukrayna Azərbaycandan Avropa İttifaqına təbii qaz tədarükü ilə bağlı danışıqlar aparır, tranzit ölkə rolunu qoruyub saxlamağa və qərb qonşularının enerji təhlükəsizliyinin təmin olunmasına kömək etməyə çalışır".