Livanda "Hizbullah"ın komandirlərindən biri zərərsizləşdirilib

4-07-2024, 12:14           
Livanda "Hizbullah"ın komandirlərindən biri zərərsizləşdirilib
İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah"ın silahlı qanadının komandirlərindən biri Məhəmməd Neam Naseri zərərsizləşdiriblər.

Bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Naser 2016-cı ildən elit "Naser" bölməsinə komandirlik edib. O, Livanın cənub-qərb bölgələrindən İsrailə raket hücumlarını idarə edib.

"Bundan əlavə, Naser həm müharibə zamanı, həm də ondan əvvəl İsrailə qarşı çoxlu sayda terror hücumları təşkil edib və əvvəllər "Hizbullah" terror təşkilatında rəhbər vəzifələrdə olub", - deyə məlumatda bildirilib.

Daha əvvəl Livanın "Al Hadath" telekanalı Naserin Tir şəhərinin şərqində zərərsizləşdirilməsi barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru