Bakıda baldız yeznəsini bıçaqladı 4-07-2024, 10:28 Bakının Xəzər rayonunda ailə-məişət zəminində dava zamanı qadın kişini bıçaqlayıb.TEREF APA-ya istinadla xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.1975-ci il təvəllüdlü Arif Aqif oğlu Səlimov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.Fakt araşdırılır. Facebook-da paylaş