Rusların silah anbarı BOŞALIB... - səngərdə ƏLİYALIN qala bilərlər...

4-07-2024, 12:25           
Rusların silah anbarı BOŞALIB... - səngərdə ƏLİYALIN qala bilərlər...
İşğalçı Rusiya Ukraynaya qarşı döyüş meydanında əhəmiyyətli fəallığı davam etdirdiyi üçün külli miqdarda texnikasını itirir. İşğalçılar üçün texnika ehtiyatlarını tez bir zamanda bərpa etmək çətindir, ona görə də bu hərbi resursu doldurmaq üçün başqa yollar axtarırlar.

Moderator.az xəbər verir ki, bu barədə “Kanal 24”-ə şərhində “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Aleksandr Kovalenko danışıb.

İcmalçı bildirib ki, anbarlarda və köhnə sovet texnikasının saxlanma mərkəzlərində olan qalıqlar sayəsində düşmən indiyədək sıfır həddindən çıxa bilir.

Texnikalar olan Rusiya anbarları, demək olar ki, boşdur. Ekspertin fikrincə, 2024-cü ildə Rusiya Federasiyası üçün texnika təchizatının çatışmazlığını nəzərə alsaq, bu, kritik ola bilər.

“Rusiya bütün dünyada ya sovet texnikalarını axtarır, ya da əvvəllər bir çox ölkələrə ixrac etdiyi Rusiya texnikalarını... Eyni məqsədlə Şimali Koreyaya da müraciət ediblər..."- deyə hərbi-siyasi icmalçı vuröulayıb.
Bundan əvvəl Amerikanın “Nyusvik” jurnalının süni intellektin peyk təsvirlərinin təhlilinin nəticələrinə istinadla yaydığı məlumatda Rusiyanın Ukraynada müharibə başlayandan bəri ağır tank itkiləri verdiyi və cəmi bir neçə min zirehli döyüş maşını qaldığını yazmıdı...

Xatırladılır ki, bundan əvvəl Şimali Koreyanın işğalçı ölkəni daim dəstəklədiyi, onu xeyli miqdarda silahla təmin etdiyi və rusların onlardan daha sonra Ukraynaya qarşı istifadə etdiyi bildirilirdi . ABŞ məlumat verib ki, KXDR 2023-cü ildən bəri Rusiyaya işğalçılar üçün 11 min konteynerdən çox hərbi texnika satıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.