Slovakiyanın baş naziri: "Sui-qəsd ssenariləri oxşardır"

15-07-2024, 01:54           
Slovakiyanın baş naziri: "Sui-qəsd ssenariləri oxşardır"
"ABŞ-nin keçmiş prezidenti Donald Trampa və mənə qarşı sui-qəsd oxşar ssenari ilə təşkil edilib".

Bunu Slovakiyanın Baş naziri Robert Fitso özünün "Facebook" səhifəsində yazıb.

"Donald Trampın siyasi opponentləri onu susdurmağa çalışırlar və uğursuzluğa düçar olanda hansısa zavallı adam silaha əl atana qədər ictimaiyyəti qıcıqlandırırlar. İndi də biz barışıq, sakitləşmə və bağışlanma zərurəti haqqında çıxışların şahidi olacağıq", - deyə Slovakiyanın baş naziri əlavə edib.

Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də, Fitsoya qarşı silahlı hücum isə mayın 15-də baş verib.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru