Günəşdə güclü partlayışlar baş verib

15-07-2024, 17:45           
Günəşdə güclü partlayışlar baş verib
Alimlər iyulun 14-də Günəşdə beş güclü partlayış qeydə alıblar ki, onlardan biri ən yüksək dərəcəli "X" səviyyəsində olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan bildirilib.

Kosmik hava məlumatlarına görə, partlayışlardan sonra Günəşin rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi "R3" (güclü) səviyyəsində olub.

Hazırda kosmik hava monitorinqinə görə, sakitlik hökm sürür.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: "A", "B", "C", "M" və "X".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru