İki il ərzində 42 qadın: Keniya manyakının şokedici etirafı VİDEO

16-07-2024, 18:54           
İki il ərzində 42 qadın: Keniya manyakının şokedici etirafı  VİDEO
Keniyada üstü açılan dəhşətli cinayətlər ölkə gündəmində şok yaradıb. Belə ki, zibilxanada 10-a yaxın qadının parça-parça edilmiş cəsədləri tapılıb.

Qorxunc hadisə paytaxt Nayrobidə baş verib. Bildirilir ki, azı doqquz cəsəd polietilen torbalara bükülü vəziyyətdə tapılıb. Lakin şahidlərin sözlərinə görə, meyitlərin sayı daha çox olub.

Meyitlər çıxarılarkən hadisə yerinə yerli sakinlər toplaşıblar. Polis onları dağıtmaq üçün xəbərdarlıq atəşi açmağa və iki su şırnağı maşınından istifadə etməyə məcbur olub.

Keniya Cinayət Araşdırmaları İdarəsinin rəhbəri Mohamed Aminin sözlərinə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Həbs edilən şəxs son iki il ərzində ümumilikdə 42 qadını öldürdüyünü etiraf edib.

Araşdırma davam edir.


RIA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru