İsrail ordusu Hizbullah silahlılarına zərbə endirib

17-07-2024, 10:34           
İsrail ordusu Hizbullah silahlılarına zərbə endirib
İsrail hərbçiləri Livanın cənubunda sərhəd bölgəsində Hizbullah təşkilatının silahlı birləşmələrinin iki üzvünə hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Hizbullah silahlıları dünən İsrailin cənubundakı Kiryat Şmona istiqamətində qaçıblar: "Onların yeri müəyyən edildikdən sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Livanın cənubundakı Mənsurə bölgəsində terrorçulara zərbələr endirib".

Bundan əlavə, gün ərzində İsrail artilleriyası təhdidləri aradan qaldırmaq üçün Livanın Ayt əş-Şaab, Deyr Mimas və Kfar Killa yaşayış məntəqələri istiqamətində atəş açıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru