İcra başçısının qardaşı oğluna cinayət işi açıldı

5-09-2016, 16:25           
İcra başçısının qardaşı oğluna cinayət işi açıldı
Bakıda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirən dəstə aşkarlanıb. Bu barədə “Qafqazinfo”ya vəkil Adəm Məmmədov məlumat verib. A.Məmmədov qeyd edib ki, həmin şəxslər hədə-qorxu və şantajla, bəzən məhkəmələr vasitəsi ilə vətəndaşların əmlaklarını əllərindən alırlar: “Ən dəhşətlisi odur ki, vətəndaşlardan həmin əmlakları sözdə girov kimi götürürlər”.

Hal-hazırda Xətai RPİ-nin İstintaq şöbəsində bu iş üzrə dələduzluq nəticəsində külli miqdarda dəymiş ziyanla Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Vəkil bildirib ki, bu kriminal dəstənin prokurorluq orqanında çox ciddi nüfuzlu himayədarı peyda olub: “Bu iş üzrə başladılan cinayət işinə Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu cəlb olunub. Onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçiriblər. Bununla yanaşı, ona avtomobil müqabilində pul vermədikləri halda, 300.000 manatlıq kredit müqaviləsini təhdidlə imzalatdırıblar.

Yalçın Abdullayev

Ən təəccüblüsü odur ki, kasıb, heç bir maliyyəyə sahib olmayan Sahib Əliyevin adına pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyon manat dəyərində beş müxtəlif əməliyyat həyata keçirib. Məlumata görə, işlərə rəhbərlik edən iş adamı kimi tanınan Yalçın Abdullayevin rəhbərliyi ilə həyata keçirilib. Hal-hazırda istintaq hərəkətləri aparılır”.

A.Məmmədov qeyd edib ki, dələduzluqda ittiham olunan X.Babayev, S.Əliyev, Z.Abdullayev və Y.Abdullayev Eyyub adlı şəxsin 3 mənzilini, Əziz adlı polis əməkdaşının bir obyektini pul ödəmədən ələ keçiriblər.

Məlumata görə, “Kra”l mebel mağazasının sahibi olan Yalçın Abdullayevin Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.