NASA ilk hip-hop mahnısını Veneraya göndərdi

17-07-2024, 18:14           
NASA ilk hip-hop mahnısını Veneraya göndərdi
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Deep Space Network" sınaqları çərçivəsində Missi Elliottun "The Rain" adlı hip-hop mahnısının sözlərini Veneraya ötürüb.

Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, yeddi "Qremmi" mükafatının qalibi eksperimentlə bağlı xəbəri sosial şəbəkələrdə paylaşıb.

Bu, istifadəçilərin coşqulu reaksiyasına səbəb olub.

"İndi yadplanetlilər yerüstü hitlərlə rəqs edə biləcəklər", - deyə onlardan biri bildirib.

Sınaq çərçivəsində mahnının yer aldığı mesaj 14 dəqiqə ərzində Veneraya 250 milyon km-dən çox yol qət edib. Eksperiment 2029 və 2031-ci illərdə başlanması planlaşdırılan planetar tədqiqatların nəticələrinin ötürülməsini öyrənmək üçün aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru