Bakıda məşhur klinikanın girişinə kilid vuruldu - FOTO

18-07-2024, 12:04           
Bakıda məşhur klinikanın girişinə kilid vuruldu - FOTO
Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri - "Reo-Med" klinikasının girişinə kilid vurulub.

TEREF news24.az-a istinadən xəbər verir ki, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir. Bu barədə yaxınlıqda yaşayan vətəndaşlar məlumat verib.

Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün "Reo-Med" klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə "Reo-Med" klinikasının həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib. Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.

Bunu da bildirək ki, klinikanın binasına yazılan "Reo-Med" yazısı da üzərindən götürülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru