Rövzət Qasımov: Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər

25-07-2024, 11:15           
Rövzət Qasımov: Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər
Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər.

Bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında 94 saylı Ucar seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun saxta sənədlər təqdim etməsi ilə bağlı şikayətə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hansısa şəxs insanları təmsil etmək istəyirsə, seçicilərlə səmimi olmalıdır: “Dairə seçki komissiyaları bu cür məsələlərə diqqətlə yanaşmalıdır. Biz həmişə dairə seçki komissiyalarının namizədlərin xeyrinə, humanist addım atmasını istəyirik. Lakin görünür, bəzi şəxslər bu humanizmdən sui-istifadə edirlər. Belə hallara yol vermək olmaz”. \\Vətəninfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru