Orta gündəlik qlobal temperatur rekordları yenilənib - Quterreşdən şok açıqlama
29-07-2024, 16:08
BMT-nin baş katibi deyib ki, Yer getdikcə istiləşir və hamı üçün daha təhlükəli olur. Son günlər orta gündəlik qlobal temperatur rekordları yenilənir və milyardlarla insan həddindən artıq istilərin “epidemiyası” ilə üzləşir. Bu barədə BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının iqlim dəyişikliyi xidməti olan “Copernicus” 21 iyul tarixinin ən isti gün olduğunu, lakin 22-də temperaturun daha da yüksəldiyini bildirib. Həmçinin iyulun 23-də ilkin məlumatlara görə, termometrlər eyni diapazonda olub. "Bu, görünməmiş istilik həftəsi idi" – Quterreş qeyd edib. Quterreş əlavə edib ki, Yer getdikcə istiləşir və hamı üçün daha təhlükəli olur. Bundan əvvəl Alimlərin Antarktidanın buzları altında "itirilmiş dünya" kəşf etdikləri barədə məlumat verilmişdi.