“Baku Electronics” vergidən belə yayınır – Şikayət

29-07-2024, 17:49           
“Baku Electronics” vergidən belə yayınır – Şikayət
Şikayətim “Baku Electronics”dəndir. Məhsul alandan sonra ƏDV verməmək üçün yalandan məhsulun geri qaytarıldığını deyib vergidən yayınırlar.

Tribunainfo.az xəbər verir ki, bu problemlə Vüsalə adlı xanım üzləşib. O bildirib ki, “Baku Electronics” vergidən yayınmaq üçün bu yola əl atır:

“Keçən ay “Baku Electronics”in İnşaatçılar filalından kreditlə götürdüyüm məhsulun qalan son 1900 azn ödənişini kartla ödəyib borcu bağladım.ƏDV çekini portala əlavə etdim, 1 ay sonra yalandan imtina verib məhsul geri qaytarılıb yazdılar.Qaynar xəttə zəng edib şikayət etsəm də guya bu imtinanı vergi verib deyib günahı üstlərindən atdılar. Məlumdu ki, vergi özündən məhsul qaytarılıb yazmır. Bunu mağaza və kassir edir.Sadəcə olaraq utanın. 50 manata görə belə haramçılıq edirsiz”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.