“Namizədliyimi qeydə almadılar“ - Siyasi şərhçiyə “yox“ deyildi
30-07-2024, 08:24
"Namizədliyimi qeydə almadılar".
Bu məlumatı siyasi şərhçi Elxan Şahinoğlu öz sosial şəbəkə səhifəsində verib.
Onun sözlərinə görə, qanuna görə imzalar 7 gün ərzində yoxlanıb cavab verilməli idi: "Yeddinci gün, iş gününün bitiminə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq. Mənə inandıqlarına və dəstək verdiklərinə görə ağdamlılara təşəkkür edirəm!".