Pakistanda qəbilələrarası qarşıdurma olub: Ölənlər və yaralananlar var

30-07-2024, 17:34           
Pakistanda qəbilələrarası qarşıdurma olub: Ölənlər və yaralananlar var
Pakistanın Əfqanıstanla sərhədindəki Kurram sektorunda tayfalararası qarşıdurma olub.
Hadisə zamanı şiddətli atışmalar nəticəsində azı 35 nəfər ölüb, 106 nəfər yaralanıb.

Məlumata görə, münaqişə Boşehra və Malekhel qəbilələrinin nümayəndələri arasında torpaq sahəsinə dair mübahisə nəticəsində yaranıb. Bir neçə gün davam edən şiddətli atışmalarda döyüşən tərəflər qumbaraatanlardan, pulemyotlardan və avtomatik atıcı silahlardan istifadə ediblər.

Təhlükəsizlik qüvvələrinin və qəbilə ağsaqqallarının axan qanı dayandırmaq cəhdləri nəticəsiz qalıb. Kurram sektorundakı yaşayış məntəqələrində mövcud vəziyyətlə əlaqədar məktəblər və bazarlar bağlanıb, yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yolun bağlanması yerli əhali üçün ərzaq və dərman çatışmazlığına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru