İsrail Beyruta zərbə endirdi - Təcili

30-07-2024, 22:02           
İsrail Beyruta zərbə endirdi - Təcili
İsrail təyyarələri Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın obyektlərinə 4 raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, raketlərdən biri Hizbullahın qərargahından 100 metr aralıda yerləşən Bahman xəstəxanasına düşüb.

***

İsrail ordusu Beyruta zərbə endirdiyini açıqlayıb.

Bildirilib ki, hücumun hədəfi Hizbullahın Məcdəl Şəms kəndinə qanlı hücumuna görə məsuliyyət daşıyan komandirlərindən biri olub.

Yerli mənbələr isə, hücum zamanı Hizbullahın iki komandirinin öldüyünü bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru