“Əl-Cəzirə”nin əməkdaşları Qəzzaya hücumda öldürüldü
1-08-2024, 09:24
Bir neçə gün əvvəl həbs edilən eks diplomat Emin İbrahimovun Bakı Apellyasiya Məhkəməsində dedikləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Emin İbrahimov onu residivistlərlə (bir neçə dəfə cinayət törətdiyi üçün məhkum olunanlar) bir kameraya saldıqlarını və həmin məhbusların onu təhdid etdiyini deyib.
Bəs görəsən, qanunvericilik nə deyir?
Həbs olunan şəxslərlə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərdə nə nəzərdə tutulur?
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanun tutulan şəxslərin hüquq və əsas azadlıqlarının təminini , həmçinin onları saxlayan istintaq təcridxanalarının, habelə cəzaçəkmə müəssisələrinin qarşısında vəzifələr qoyur.
Həmin qanunun 16-cı maddəsində saxlanılan şəxsin “Şəxsi təhlükəsizlik hüququ” anlayışı ayrıca təsbit olunub.
Həmin maddədə yazılır:
16.1.Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı digər tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.
16.2.Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına və sağlamlığına qarşı həbs yerinin işçiləri və ya ibtidai araşdırmanı həyata keçirən şəxslər tərəfindən təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməli və müvafiq prokuroru məlumatlandırmalıdır.
Bundan başqa ilk dəfə cinayət törətməkdə təqsiləndirilən şəxsin ayrıca saxlanılması da qanunun 35-ci maddəsində ayrıca təsbit olunub.
Qanunun 35.2.3-cü maddəsində yazılır ki, ilk dəfə cinayət törətmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə yerlərində cəza çəkmiş şəxslərdən ayrı saxlanılmalıdır.
Azərbaycanın milli qanunverciliyindən başqa həm də qoşulduğu beynəlxalq konvensiyalarda da bu barədə xüsusi öhdəliklər var.
Ölkəmiz “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın iştirakçısıdır.
Həmçinin, Əsas İnsan Hüquqlarının Müdafiəsi və Azadlığı Haqqında Avropa Konvensiyası da Avropa Şurasına üzv dövlətin üzərinə xüsusi öhdəlik qoyur.
Konvensiyanın 3-cü maddəsinə görə işgəncə qadağandır.
Həmin maddədə yazılır ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
Azərbaycan nə siyasi idarəçiliyinə, dövlət quruluşuna görə nə Asiya, nə də Afrika ölkəsidir.
Xalqımız 1918-ci ildə müsəlman şərqində ilk demokratik cümhuriyyəti qurub.
Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra demokratik dövlət quruculuğunu özünə yol seçib.
Məhz buna görə də 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan özünü “hüquqi”, “demokratik” və “dünyəvi” dövlət olduğunu elan edib.
Konstitusiyamızın ayrıca bir fəsili insan hüquq və əsas azadlıqlarına həsr olunub.
Ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında xarici siyasət kursu kimi Avropa və Avroatlantik məkana inteqrasiya seçilib.
Azərbaycan ATƏT-in, BMT-nin, Avropa Şurasının üzvüdür.
Bu qurumların hər biri qarşısında dövlət olaraq insan haqlarına dair öhdəliklərimiz var.
Ona görə də bu öhdəliklərə sədaqət həm də dövlətə sədaqət deməkdir.
Pərviz Həşimli