Zamin Hacı: “400 mini Azad Rəhimov kimiləri qatlayıb cibinə qoyur…”

9-09-2016, 09:14           
Zamin Hacı: “400 mini Azad Rəhimov kimiləri qatlayıb cibinə qoyur…”
Son zamanlar Azərbaycan Gənclər və İdman Nazirliyinin fəaliyyəti ictimaiyyətdə ciddi tənqid atəşinə tuş gəlir. Məxsusi olaraq Azərbaycan idmançılarının Rio olimpiyadasında göstərdikləri uğursuzluqlar,azərbaycanlı idmnaçıların erməni idmançılara uduzması, yerli idmançıların yığmadan uzaqlaşdırılması və əvəzində böyük miqdarda vəsait hesabına xaricdən legionerlər gətirilməsi, bu yolla külli miqdarda vəsaitin “yuyulması” ölkə ictimaiyyətində də etirazla qarşılanır. Bir sözlə, AGİN Azərbaycanda çirkli pulların yuyulması ilə məşğul olan quruma çevrilib.
Tanınmış köşə yazarı Zamin Hacı da Cumhuriyyet.az-a açıqlamasında qeyd edib ki, İdman Azərbaycan kimi korrupsiyalaşmış ölkələrdə çirkli pulların yuyulması üçün vasitlərdən biridir. Onun sözlərinə görə, bu gün hansısa nazir xarici komandaya, kluba sponsorluq edirsə, bu sponsorluğun altında böyük miqdarda çirkli pulların yuyulması məsələsi dayanır: “Bu məsələnin birinci tərəfidir. İkincisi, Azərbaycanda idmana qayğı məsələsi boşboğazlıqdan başqa bir şey deyil. Azərbaycanlı gənclərin, yeniyetmələrin və məktəblilərin idmanla məşğul olması üçün heç idman qurğuları da yoxdur. Əvvəldən hər məhlə daxilində uşaqların futbol oynamağa yerləri olurdu, idman klubları olurdu. İndi həmin sahələri də satıblar və yerində binalar, obyektlər tikiblər. Uşaqların idmanla məşğul olması üçün yer yoxdur. Bakıda bir-iki məktəbi çıxmaq şərtilə qalan məktblərdə idman dərsləri demək olar ki, sıfır səviyyəsindədir”.
Jurnalistin sözlərinə görə, Azərbaycan regionlarında normal futbol meydançası olan məktəb yoxdur: ” Hələ hovuz və sairdən danışmıram. Məsələn, Avropada demək olar ki, bütün məktəblərdə üzgüçülük hovuzu var. Maraq göstərən şagirdlər gedib idman dərslərində üzgüçülüklə məşğul olurlar. Onlar məktəblərə cəlb olunmuş mütəxəsislərdən dərs alırlar. Amma Azərbaycanda hansısa məktəblinin üzgüçülüklə məşğul olması üçün gərək ayda 60 -100 manat verib üzgüçülük hovuzuna getsin. Buna da hər valideynin imkanı çatmır. Bu mənada hesab edirəm ki, “Azərbayanda idmana böyük diqqət, qayğı var” fikirləri boşboğazlıqdan başqa bir şey deyil”.
Müsahibimiz Gənclər və İdman Nazirliyinin xaricdən legioner alma oyunlarına da diqqət çəkib: “Rio da qızıl alan Radik İsayev legioner idi. Bunların hamısı görüntüdür və müvəqqəti xarakter daşıyır. R.İsayev qızıl qazanıb, Azərbaycandan 250 min dollar pul mükafatı aldı. Sabah da o pulu götürüb çıxıb gedəcək. Bunun Azərbaycana nə xeyri var ki? Həmin vəsaitlər öz vətəndaşlarımıza sərf olunmalıdır. Çünki Azərbaycan dövlətinin pulu bizim pulumuzdur. Bizim pulumuzu əcnəbilərə verirlər və nəticədə uşaqlarımız idman edə bilmir. Razıyam. ki, başqa ac ölkələrə də əl tutaq. Amma gərək birinci öz yetimlərimizə şərait yaradaq ki, onlar da idmanla məşğul olsun. Öz uşaqlarımıza futbol ayaqqabısı ala bilmirik, amma əcnəbiyə 250 və yaxud da 500 min dollar mükafat veririk.
Z.Hacı diqqətə çatdırıb ki, Azərbaycanda yerli idmançılara şərait yaratmırlar. Onlar da gedib, xarici ölkəni təmsil edib, onlara qızıl qazandırır: “Məsələn, əslən azərbaycanlı olan Nicat Rəhimov Rio da Qazaxıstana qızıl qazandırdı.Olmazdımı ki, o azərbaycanlı balasına şərait yaradırdılar, o da, ölkəmizdə qalardı. Qızıl medalı ölkəmizə gətirərdi. Bundan başqa Ramil Quliyev var. Yüngül atletika ilə məşğuldur. Olimpiyada ən çox diqqət çəkən sahələrdən biri də budur. Təsəvvür edin ki, R.Quliyev çox vaxt qaçış üzrə dünyanın ilk onluğuna düşür. O, Hüseyn Bolt kimi dünya əfsanəsi ilə eyni zolaqda qaçır. Azərbaycan bu adama yiyə dura bilmədi. Ona şərait yaratmadı. O da, məcbur qalıb gedib Türkiyənin adı ilə çıxış etdi. Azərbaycan isə gedib xaricdən bir üzgüçü aldı, oda 69 yerdən 68-ci yeri tutdu. Bizim faciəmiz budur. Yerli idmançıları ölkdən incik salırlar. Sonra da gedib, külli miqdarda pul verib xaricdən idmançı gətirirlər. Bu da, əslində daha çox çirkli pulların yuyulması vasitəsidir. Çünki boksçuya 3-5 min yüz adı ilə büdcədən pul ayrılır. Amma reallıqda ona nə qədər verirlər biz onu bilmirik. Məsələn, idmançıya deyirlər ki, biz açıqlama verəcəyik ki, sənə 5 yüz min dollar vermişik. Reallqıda isə idmançının özünə 100 min verirlər. İdmançı da razı qalır. Onsuzda efiopiyalı qaçışçı Haidə ibrahimovaya neçə manat verirsən ver razı qalacaq. Yəni sənədə 500 yüz min yazırlar. Onun 90-100 minini idmançıya verirlər. Qalan 400 minini isə Azad Rəhimov kimiləri qatlayıb cibinə qoyur. Bu mənada düşünürəm ki, idman çirkli pulların yuyulması üçün ən münbit sahələrdən biridir”.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.