Baş bankirin “mətbəxində” prezidentə təxribat – Müdhiş iddialar

9-09-2016, 09:19           
Baş bankirin “mətbəxində” prezidentə təxribat – Müdhiş iddialar
Siyasi hakimiyyətə qarşı iqtisadi hakimiyyətin provokativ planları de-şifrə olunarsa növbəti dalğada daha iri fiqurların başının gedəcəyi dəqiqdir
elmanrustemÖlkədə növbəti dəfə dollar ajiotajı və defisiti yaradan qüvvələr ən ağır şəkildə cəzalandırıla bilər. Onların hökumətin valyuta siyasətinə kənar müdaxiləsi və qara bazar inhisarçılarının təsiri müşahidə olunur. Əhalinin dollar tələbatını süni şəkildə ödəməyən və qıtlıq yaradan bank mafiyası iqtisadi böhrandan mənfəətlə çıxmağa hazırlaşır. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, dollar siyasətində yeni kombinasiyalar planlaşdırılır. Bu iqtisadi qurama Mərkəzi Bankın “mətbəxində” hazırlanır və tətbiqi üçün bank mafiyasına daxil olan müəssisələrə ötürülür.
Son iki həftə ərzində yaşanan panika və bankların dolların həm satış, həm alışını dayandırması da məhz sürətlə böyük kapitala sahiblənməyə hesablanıb. Qarşıdakı həftələrdə isə bankların dollar satışını bərpa etməsi gözlənilir. Bu məkrli gedişin arxasındakı iqtisadi maraq əhalidə olan bütün dollarları müsadirə etməkdir. Mərkəzi Bankdan idarə olunan və sədr Elman Rüstəmovun təlimatları əsasında həyata keçirilən dollar siyasətində ayrı-ayrı nəhəng bank sədrləri də iştirak edir.
Cumhuriyyet.az-a sızan informasiyaya görə, tezliklə MB tərəfindən rəsmi şəkildə dolların məzənnəsində eniş olacağı açıqlanacaq. Hətta əhaliyə tövsiyyə xarakterli məlumatda elan olunacaq ki, xarici valyutanı əldə saxlamasınlar və banklara satsınlar. Nəticədə əhalinin mötəbərliyinə etibar etdiyi Mərkəzi Bank dollar hiyləsini rəsmiləşdirəcək və vətəndaşlar banklara axışacaq. Bu iqtisadi təxribat presedenti 1-ci devalvasiya zamanı həyata keçirilib və hansı nəticələr verdiyi bu gün də göz qabağındadır:
Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev dəmirbarmaqlıqlar arasından cinayətlərinə görə cavab verir, qudası olan milli təhlükəsizlik naziri Eldar Mahmudov isə qeyri-rəsmi ev dustaqlığı yaşayır, sabiq deputat, MTN şefinin qohumu Çingiz Əsədullayevin rəhbəri olduğu “Azəriqazbank” maliyyə xəyanətində ittiham olunub.
Cumhuriyyet.net-in əldə etdiyi xəbərə görə, oxşar ssenari Mərkəzi Bankın kluarlarında müzakirə olunur.
Dolların ucuzlaşacağı haqda təxribat xarakterli rəsmi informasiyalar yayılması nəzərdə tutulur.
Beləliklə, vətəndaşların əlində olan xarici valyuta əldən çıxarılır və təzədən dolların məzənnəsi günbəgün qalxmağa başlayır, dövriyyəyə buraxılır.
C.Hacıyev – E.Mahmudov tandeminə baha başa gələn bu iqtisadi xəyanət bağışlanmadı və prezident MTN kimi strukturu tamamilə demontaj elədi.
Hər halda E.Rüstəmovun iqtisadi mətbəxində hazırlanan bu xain plan prezidentə qarşı növbəti xəyanətin siptomlarından xəbər verir. Siyasi hakimiyyətə qarşı iqtisadi hakimiyyətin provokativ planları de-şifrə olunarsa növbəti dalğada daha iri fiqurların başının gedəcəyi dəqiqdir.
Cumhuriyyet.az xatırladır ki, bu cərgədə özəlliklə maliyyə naziri Samir Şərifovu qeyd etmək olar.
Son zamanlar adı müxtəlif maliyyə əməliyyatlarında hallanan və C.Hacıyev tərəfindən hədəfə alınan naziri heç də yaxşı perspektiv vəd etmir. Eyni zamanda nazirliklə daimi təmasda olan və yuxarıdakı projenin ideya müəllifi kimi adı keçən baş bankir Elman Rüstəmovun da başı kötüyə qoyula bilər.
Onsuz da son günlərədki susqunluğu və ciddi şəkildə tənqid olunması baş bankirin işini mürəkkəbləşdirib.
Mərkəzi dairələr isə manatı mümkün qədər kəskin ucuzlaşmaqdan qorumağa çalışır və müxtəlif iqtisadi konsepsiyalar nəzərdən keçirilir. Belə vaxtda isə dollar mafiyası ajiotaj yaratmaqla yanaşı varlanmaq naminə provokasiyalar üçün baş sındırır. Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarının alışını da dayandırıb.
Banklar dollar bolluğu yaşandığı üçün indi də valyutanın alış əməliyyatlarına fasilə verib. Dolların satışı isə 1,6900-1,7060 AZN/USD məzənnə diapazonunda aparılır. Qeyd edək ki, “qara bazar”da isə dolların satışı 1,63 manata kimi qədər geriləyib. Dolların məzənnəsinin bayram günlərində 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi gözlənilir. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bugünki valyuta hərracına Dövlət Neft Fondu ilə birlikdə 300 mln. dollar çıxarıb və bütün məbləğ satılıb. AMB-nin cari məzənnəsi nəzərə alınmaqla kommersiya bankları tətbiq olunan +/-4%-lik marja ilə dolların alışını minimum 1,5747 AZN/USD məzənnəsi apara bilər.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verə bilərik!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.