SEPAH: “İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək”

10-08-2024, 09:18           
SEPAH: “İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək”
“İranın ruhani lideri Ayətullah Əli Xameneyinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraili cəzalandırmaq əmri yerinə yetiriləcək”.

Gununsesi.info “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.

“Ali rəhbərin İsraili sərt şəkildə cəzalandırmaq və şəhid İsmayıl Haniyənin qanının qisasını almaq əmri aydındır və birmənalıdır. Onun əmrləri ən yaxşı şəkildə yerinə yetiriləcək, bu, İranın borcudur”, – deyə Fədavi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru