«Avrasiya» klinikası və «Avrasiya» hospitalında ikili mühasibatlıq sistemi öz işini görür
16-09-2016, 00:42
Tibb müəssisəsinin sahibi Qafur Cəfərovla baş həkim İlyas Həsənovu hansı tellər bağlayır? Bu tibb ocağında xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilmədiyi və vergidən yayınma hallarının mövcud olduğu deyilir Heç kimə sirr deyil ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən bir sıra özəl tibb müəssisələrində ciddi nöqsanlara, neqativ hallara yol verilir, hətta bəzi məqamlarda vergidən yayınma da müşahidə olunur. Misal kimi, «Avrasiya Sağlamlıq Qrupu»na daxil olan özəl səhiyyə müəssisələrini – paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən «Avrasiya» klinikasını və Həsən Əliyev küçəsi 15 ünvanındakı «Avrasiya» hospitalını göstərən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, adıçəkilən hər iki tibb ocağında yaşananlar vətəndaşların ciddi narazılığına səbəb olur. Belə ki, «Avrasiya» klinikasına müraciət edən xəstələrin, eləcə də onların yaxınlarının adıçəkilən tibb müəssisəsində qiymətlərin digər özəl xəstəxanalara nisbətən baha olmasından şikayətləndiklərini iddia edən mənbənin sözlərinə görə, klinikadadakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır: «İlk öncə, nəzərinizə çatdırım ki, 2007-ci ildə fəaliyyətə başlayan «Avrasiya» klinikasında allerqologiya, anezteziologiya və reanimasiya , ginekologiya, laboratoriya, otorinolarinqologiya , ozonoterapiya, radiologiya, ümumi cərrahiyyə, dermatovenerologiya, diaqnostika, hepatologiya, manual terapevt, pediatriya, stomatologiya, plazmaferez, uro-andrologiya, endokrinologiya, kardiologiya, kosmetologiya, nevrologiya və ya nevropatologiya , qastroenterologiya , terapiya, travmatologiya və ortopediya şöbələri mövcuddur. Deyilənlərə görə, bu tibb müəssisəsində cərrahiyyə əməliyyatlarının qiyməti xeyli bahadır. Əsasən də ürək əməliyyatlarının qiyməti orta hesabla 2-10 min manat arasında dəyişir. Ginekologiya şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə 1200-2000 manatla ölçülür. Qanın ümumi müayinələri orta hesabla 15-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Son zamanlar dəb halını alan plastik əməliyyatlar da «Avrasiya» klinikasının xidmətləri sırasındadır. Burada ən geniş yayılan rinoplastika, yəni burunun korreksiyası əməliyyatıdır ki, bu da 1500-2500 manat arasında dəyişir. Təkcə xəstə qəbulu, məsləhət 30-50 manata başa gəlir». «Avrasiya» hospitalına gəlincə, məlumatlı şəxs Gundelik-Baku.com-a verdiyi bilgilərdə qeyd edir ki, 9 mərtəbə olmaqla ümumi sahəsi 6 min m2 olan tibb müəssisəsində 50 yataqlı cərrahi stasionar, 15 yataqlı reanimasiya şöbəsi, 4 cərrahi, 2 angioqrafiya cihazi ilə təchiz olunmuş əməliyyatxana mövcuddur: «Hospitalda həmçinin insult mərkəzi, diabetik ayaq mərkəzi, aritmoloji mərkəz, yuxu laboratoriyası, eşitmə mərkəzi və estetik mərkəz fəaliyyət göstərməkdədir. Hospitalın baş həkiminə gəlincə, 1982-ci il təvəllüdlü İlyas Həsənov 1988-1998-ci illərdə Bakı şəhəri 249 saylı orta məktəbi bitirdikdən sonra, həmin ili Azərbaycan Tibb Universitetinin 1-ci müalicə proflaktikası fakültəsinə daxil olub. 2004- cü ildə həmin fakültənin cərrahiyyə bölümünü bitirib. 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalının İnvaziv Radiologiya şöbəsinin rəhbəri olub, 2012-ci ildən etibarən isə «MediStyle» hospitalın Radiologiya şöbəsinin rəhbəridir. 2015-ci ildən Avrasiya Hospitalın baş həkimidir. Deyilənlərə görə, İlyas Həsənovu «Avrasiya Sağlamlıq Qrupu»nun sahibi Qafur Cəfərovla sıcaq tellər bağlayır. Məhz elə bu səbəbdən də Qafur Cəfərov gənc kadrı hospitalın baş həkimi postuna gətirib. Bu arada, onu da nəzərinizə çatdırım ki, deyilənlərə görə, «Avrasiya» hospitalında veridən yayınma hallarına yol verilir. Belə ki, bu məqsədlə tibb müəssisəsində çalışanların sayı real olduğundan xeyli az göstərilir. Onu da qeyd olunur ki, bu gün həm «Avrasiya» klinikasında, həm də «Avrasiya» hospitalında ikili mühasibatlıq sistemi öz işini görür. Bir sözlə, bildirilir ki, hazırda «Avrasiya Sağlamlıq Qrupu»na aid olan tibb müəssisələrində vergi, mühasibat işləri qaydasında deyil. Belə ki, adıçəkilən tibb ocağında xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilmədiyi və vergidən yayınma hallarının mövcud olduğu deyilir».
Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.