“Nikoil Bank” -da "şapka" qalmaqalı böyüyür - İTTİHAM VAR
16-09-2016, 17:58
Bir müddət əvvəl mətbuatda ““Nikoil Bank”da “şapka” qalmaqalı - Bankla bağlı ilginc iddialar” adlı yazı dərc olunmuşdu. Həmin yazıda şikayətçi Yaqubova Natiqə Rəcəb qızı bankdan aldığı kreditə görə “Nikoilbank”ın 12 saylı filialının müdir müavini Elnur Ağayevin ondan rüşvət aldığını iddia edirdi.
Vətəndaş Natiqə xanım açıqlamasında göstərirdi ki, o, təxminən iki il bundan əvvəl “Nikoilbank”ın 12 saylı filialına müraciət edərək, yaşadığı mənzili girov qoymaqla, bankdan 70 min ABŞ dolları məbləğində kredit götürüb. Bu kreditin müqabilində isə, Elnur Ağayev müştəridən məbləğin 15%-i həcmində, yəni 10 min 500 ABŞ dolları rüşvət (şapka) alıb.
Qeyd edək ki, yayılan həmin məlumatda Natiqə Yaqubovanın verdiyi etibarnamə əsasında hərəkət edən hüquqşünas (təmsilçi), Elnur Ağayevdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyi bildirilirdi. Eyni zamanda Bakı şəhər Prkurorluğunda məsələninin araşdırıldğı göstərilirdi. Məsələ ilə bağlı AzMedia.info saytının apardığı əlavə araşdırma nəticəsində isə məlum olub ki, “Nikoil Bank”ın rəhbərliyi və bankın 12 saylı filialının müdir müavini Elnur Ağayev məsələni ört-basdır etməyə ciddi-cəhdlə çalışsalarda, buna nail ola bilməyiblər və başlanan istintaq araşdırması nəticəsində yaxın günlərdə Elnur Ağayevin həbs olunması gündəlikdədir.
Mənbənin bildirdiyinə görə “Nikoil Bank”ın rəhbərliyi və Elnur Ağayev Natiqə Yaqubova ilə anlaşmağa və şikayətin geri götürülməsinə çalışırlar. Hətta aldığı kredit müqabilində Natiqə Yaqubovadan alınan 10 min 500 ABŞ dollar rüşvəti pulunu geri qaytarmağa söz veriblər. Natiqə Yaqubovanın “Nikoil Bank” rəhbərliyi ilə anlaşmağa yaxın olduğunu bildirən mənbə qeyd edir ki, buna baxmayaraq prokurorluq məsələdə güzəştə getmək istəmir, hətta Elnur Ağayeain həbsi belə hal-hazırda gündəmdədir.
Bu məsələdə diqqət çəkən məsələ isə “Nikoil Bank”ın rəhbərliynin Elnur Ağayevi birmənalı şəkildə müdafiə etməsidir. Normalda “Nikoil Bank”ın rəhbərliyi adı rüşvət qalmaqalında hallanan və bankın işgüzar nüfüuzuna ciddi xələl gətirən Elnur Ağayevi cəzalandırmalı və onu işdən çıxartmalıydı. Lakin bunun əvəzinə bank rəhbərliyi öz işçisini ciddi-cəhdlə müdafiə edir.
Bunun səbəbi ilə bağlı AzMedia.info-ya danışan mənbə bildirib ki, “Nikoil Bank”da “şapka” məsələsi təkcə Natiqə Yaqubovanın işi ilə bitmir. Müştərilərdən “şapka” almaq “Nikoil Bank”da kütləvi xarakterli olub. Bundan bank rəhbərliyi də xəbərdar olub və işçilərinin aldıqları “şapka”ların böyük hissəsi də məhz bank rəhbərliyinə çatıb. Bütün bunları Elnur Ağayevin, həmçinin bankın bütün məsul çalışanlarının da yaxşı bildiyi üçün indi “Nikoilbank”ın rəhbərliyi çıxılmaz vəziyyətdədir. Elə ona görə də Elnur Ağayevin işdən çıxara bilmirlər və bütün gücləri ilə onu təmizə çıxarmağa çalışırlar. Çünki Elnur Ağayev açıq şəkildə “Nikoil Bank”ın rəhbərliyinə bildirib ki, onun bu işdə heç bir günahı yoxdur. Yəni Elnur Ağayev birbaşa bank rəhbərliyinə bildirib ki, işdən çıxarıldığı və həbs olunacağı təqdirdə susmaq fikrində deyil. Elnur Ağayevin danışacağı təqdirdə isə “Nikoil Bank”ın rəhbərliyi birbaşa cavabdeh duruma düşəcək. Həmçinin bu bankın bağlanmasına yol aça bilər.
Mənbə qeyd edir ki, əgər “Nikoil Bank”ın rəhbərliyi prokurorluqla “anlaşa” bilməzsə, bütün hallarda böyük qalmaqal və bankın bağlanması qaçınılmaz olacaq.
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.