Vaqif Əmiraslanovun birləşmiş kollecə rəhbərlik xülyası

19-09-2016, 01:25           
Vaqif Əmiraslanovun birləşmiş kollecə rəhbərlik xülyası
Bakı Sosial-Pedaqoji Kollecinin kollektivini səbr etməyə sövq edən yeganə səbəb isə, direktorun tezliklə kollecdən uzaqlaşdırılacağına olan ümidləridir

Məlum olduğu kimi, Bakı Sosial-Pedaqoji Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecinə qoşulmuşdur. Lakin bu proses hələ tam başa çatdırılmamışdır. Bizdə olan məlumatlara görə isə, Vaqif Əmiraslanov artıq indidən özünü birləşmiş kollecin direktoru vəzifəsində görür. teref.az bizimdövr.-ə istinadən yazır ki, bu barədə bizə yazan mənbələr bildirirlər ki, əslində bu gün hər iki kollecin müəllim və şagird kollektivi Vaqif Əmiraslanovun bu xüsusda verdiyi bəyanatlardan çox narahatdırlar. Fikirləşirlər ki, olmadı elə, oldu belə. Bir də gördün, həqiqətən də birləşmədən sonra məhz elə Vaqif müəllim gəldi oldu direktor. Bax onda, necə deyərlər, əsl “qara günlər” başlayacaq. Çünki, bu kadrın əməllərindən Bakı Sosial-Pedaqoji Kollecinin kollektiv üzvləri onsuz da çoxdan zinhara gəliblər. Onları səbr etməyə sövq edən yeganə səbəb isə, Vaqif Əmiraslanovun tezliklə kollecdən uzaqlaşdırılacağına olan ümidləridir.

Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da biz qeyd etmişik ki, indiyədək aldığımız məlumatlarda, rəhbərlik etdiyi təhsil müəssisəsində rüşvətxorluğun dərin kök saldığı iddia olunan kollec direktorları sırasında məhz Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanovun adına daha tez-tez rast gəlirik. Həmçinin bu da məlumdur ki, Vaqif Əmiraslanovun fəaliyyəti təkcə kollecin kollektifi tərəfindən deyil, ümumilikdə ictimaiyyət tərəfindən də qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Bakı Sosial-Pedaqoji Kollecində cərəyan edən proseslərlə bağlı məlumatları təqdim edən mənbələr iddia edirlər ki, hazırda adıçəkilən təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürməkdədir. Aldığımız məlumatlarda qeyd olunur ki, Vaqif Əmiraslanov bu gün də öz fəaliyyətini keçmiş nazir Misir Mərdanovun verdiyi tövsiyələr əsasında qurmaqdadır. Bu tövsiyyələr isə, təhsil ocağının əməlli-başlı gəlir mənbəyi kimi istismarına yol açır. Maraqlıdır ki, bəzi mənbələrin iddiasına görə, kollec direktoru qardaşı Əhliman Əmiraslanova güvənərək, rəhbərlik etdiyi kollecdə “bazar” pirinsiplərini hər növbəti tədris ili daha da dərinləşdirir. Açıqlamalarda göstərilir ki, Vaqif Əmiraslanov hər semestr üçün bir tələbədən yığılan pulların məbləğini artıq 500-600 manat civarında müəyyənləşdirib. Deyilənə görə, bu məbləği ödəməyənlər istənilən halda bir bəhanə ilə məktəbdən xaric olunurlar. Həmçinin aldığımız məlumatlarda bildirilir ki, bu gün Bakı Sosial-Pedaqoji Kollecində təhsilin səviyyəsi indiyədək görünməmiş qədər aşağı düşüb. Bütün bu əməlləri ilə də, Vaqif müəllim Azərbaycan Tibb Universitetinin rektoru, hörmətli alim Əhliman Əmiraslanovun nüfuzuna əslində ciddi xələl gətirmiş olur.

Digər tərəfdən də, bizdə olan məlumatlara görə, Əhliman Əmiraslanovun “başını ağrıdan” təkcə Vaqif Əmiraslanov özü deyil. Mövzuya dair dərc etdiyimiz ötən yazıda biz artıq göstərmişdik ki, kollec direktorunun oğlu özünün bəzi qeyri-sağlam məşğuliyyət maraqları ilə diqqəti cəlb edir. Bu isə, onun tez-tez əmisi Əhliman Əmiraslanova müraciət etməsinə səbəb olur. Yeni aldığımız məlumatda isə, mənbə bu xüsusda daha ətraflı açıqlama verir. Bildirilir ki, bu gənc əslində qumar oyunları həvəskarıdır və ona tez-tez müxtəlif məbləğlərdə pul lazım olur ki, qumar borclarını qaytara bilsin. Onun mütəmadi olaraq Əhliman Əmiraslanova müraciət etməsinin əsas səbəbi də budur...

Bütün tərəflərin mövqeyini öyrənə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.