Belçika Ukraynaya üç ədəd haubitsa verə bilər

3-10-2024, 12:58           
Belçika Ukraynaya üç ədəd haubitsa verə bilər
Belçika Ukraynaya Fransa istehsalı olan 12 milyon avro dəyərində üç ədəd təkərli “Caesar” haubitsasının verilməsi imkanlarını öyrənir.

Bu barədə Belçika Krallığının Müdafiə Nazirliyi məlumat yayıb.

“Nazirlər Şurası tezliklə 12 milyon avro dəyərində üç ədəd “Caesar” haubitsasının alınması və Ukraynaya təhvil verilməsi mümkünlüyünü nəzərdən keçirəcək”, - məlumatda bildirilib.

Bu satınalma Fransanın Avropanın digər ölkələri ilə birlikdə Ukraynaya 72 ədəd haubitsanın tədarük edilməsi təşəbbüsü çərçivəsində həyata keçiriləcək.

Nazirlik bu silahların təhvil verilmə vaxtını dəqiqləşdirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru