Mark Zukerberq həyat yoldaşının unikal avtomobilini nümayiş etdirdi

8-10-2024, 18:34           
Mark Zukerberq həyat yoldaşının unikal avtomobilini nümayiş etdirdi
"Meta" şirkətinin sahibi və təsisçisi Mark Zukerberq oktyabrın 7-də sosial şəbəkələrdə həyat yoldaşı Prisilla Çan üçün xüsusi olaraq hazırlanmış unikal "Porsche Cayenne" krossoverinin fotolarını dərc edib.
Bu barədə "İzvestiya" məlumat yayıb.

ABŞ-nin "West Coast Customs" tüninq studiyası "Porsche Cayenne Turbo GT" krossoverini genişləndirərək onu minivenə çevirib.

Zukerberqin dediyinə görə, həyat yoldaşı və uşaqlarına mikroavtobus lazım idi. Avtomobilin salonunda üç sıra oturacaq var və həmçinin sürüşən qapılarla təchiz olunub. "Porsche" bu kuzov üslubunda avtomobil istehsal etmir.

Qeyri-adi "Cayenne" ilə yanaşı, Zukerberq özünün istifadə edəcəyi mexaniki transmissiyalı "911 GT3 Touring" kupesini də nümayiş etdirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru