Müqayis Verdiyevə bəraət verilməyib?
22-09-2016, 00:45
Bu il sentyabrın 16-da dosye.org saytında Bakcell şirkətinin satış üzrə meneceri Anar Verdiyevin məktubu dərc olunub. “Son vaxtlar sizin tərəfinizdən müxtəlif internet portallarında və rəsmi yazışmalarda mənim və atam Müqayis Verdiyevin ünvanına təhqir və böhtandolu, o cümlədən şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılmaqdadır”,-Anar Verdiyev məktubunda yazır.
“İddia edilir ki, atam qanunsuz olaraq dövlətin pulunun mənimsənilməsində iştirak edib və s. Bildirirəm ki, yayılan məlumatların heç biri həqiqəti əks etdirmir. Nə mənim, nədə atamın heç vaxt kimisə aldatmaq, qanunsuz işlər görmək və “qaranlıq yollarla” gəlir əldə etmək kimi məqsədimiz olmamışdır, heç ola da bilməz. Bu həqiqət hamıya gün kimi aydındır.Yayılmış məlumatlar da həbs edilməsi vurğulanan atam Müqayis Verdiyevə isə dövlət tərəfindən bəraət verilmişdir”,-Anar Verdiyev məktubunda bildirir (dosye.org).
Bu il yanvarın 30-u JAM.AZ saytında “Goranboyun icra başçısının müavini işdən çıxarıldı” başlıqlı yazı dərc edilib.
“Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev yanvarın 29-da tutduğu vəzifəsindən azad edilib. Baxış Abdullayevin işdən çıxarılması barədə qərarı Prezident Admnistrasiyası verib”,- JAM.AZ xəbər verir.
JAM.AZ bildirdiyinə görə, Baxış Abdullayevin adı bir sıra qalmaqallı məsələlərə qarışmışdı. Onlardan biri iş adamı Müqayis Verdiyevin əleyhinə rayonda aksiya keçirməsi və bunu iş adamının üzərinə atması olub.
Bundan başqa, Baxış Abdullayevin rayonda ayrı-ayrı iş adamları, dövlət məmurlarından pul tələb etməsi, yığması məsələlərində də adı hallanıb. (JAM.AZ)
Biz Baxış Abdullayevlə əlaqə saxladıq. Baxış Abdullayev, Anar Verdiyevin, atası Müqayis Verdiyevə bəraət verilməsi barədə dediklərini təkzib etdi. “Onun sadəcə həbs müddəti azaldılıb”, – deyə Baxış Abdullayev bildiribQafqaznews.az/
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!