Bələdiyyə sədri bələdiyyə malını talayır - ZƏRDABDA

22-09-2016, 12:49           
Bələdiyyə sədri bələdiyyə malını talayır - ZƏRDABDA
"Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə əmlakını şəxsi malı kimi talan edir. Bu səbəbdən Gödəkqobu kənd yolları yararsız vəziyyətdədir. Örüş torpaqları satılıb. Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarovun qanunsuz əməlləriniGöyçay Regional Ədliyyə Şöbəsinin rəisi Ruslan Osmanlı öz maraqlarına görə ört-basdır edir". Bu fikirlər Zərdab rayonu, Gödəkqobu kənd sakinləri tərəfindən "Gündəm xəbər"in redaksiyasına ünvanlanan şikayət məktubunda yer alıb. Sakinlər yazır ki, onlar şikayət ərizəsi ilə Göyçay Regional Ədliyyə Şöbəsinə müraciət edib və Kapitay İxtiyarovun 2016-cı il tarixə qədər fəaliyyətinin yoxlanılmasını xahiş ediblər: "Ancaq öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutan Ruslan Osmanlı bizim şikayətimiə başdansovdu münaisibətbəslədi. Belə ki, o, bələdiyyə sədrinin 2013-2014-cü illərə olan fəaliyyətini yoxlaması barədə bizə cavab yazdı. Birincisi, bələdiyyə sədrinin son iki ildəki fəaliyyəti yoxlanılmadı. Digər tərəfdən, yoxlama kənddə yerində aparılmalı olduğu halda Ruslan Osmanlının mebelli-kondisionerli kabinetində aparılmışdır ki, bu da qanunsuzluqdur. Kənd ərazisində olan kanallar zir-zibildən təmizlənmir. Kənddə 3 yerdə təbii axmaz göllər var ki, ümumi olaraq təxminən 45 hektar ərazini əhatə etsə də, sənəddə saxtakarlıq edilərək 22 hektar qeyd edilmişdir. Bu açıq-aşkar saxtakarlıq cinayətidir ki, bunu Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov törədib. Kənd sakinləri təbii göldən istifadə edə bilmirlər. Hansı ki, həmin gölün icarə sənədləri saxtadır".
Sakinlər yazır ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəliyinin sədri Müzəffər İxtiyarov bələdiyyə sədri Kapitay İxtiyarovun əmisidir: "İcra Nümayəndəsinin müavini Xətai Novruzov isə həmin saxta icarə müqaviləsi ilə təbii gölü zəbt etmiş Bayram Novruzovun oğludur.Vəzifə səlahiyətlərindən sui-istifadə edən İxtiyarovlar və Novruzovların qanunsuz fəaliyyətləri nəticəsində kənd sakinləri çox əziyyət çəkirlər. Onların barələrində heç bir tədbirlər görülmür. Kənd İcra Nümayəndiliyinin müavini Xətai Novruzov açıq -aşkar bizə bildirir ki, Zərdab rayon icra başçısına 5000 manat pul vermişəm, buna görə də göldən ancaq biz istifadə etməliyik. Qeyd edək ki, həmin təbii axmaz gölün birini saxta sənədlə 8 hektar qeyd edib Xətai Novruzovun atası Bayramın icarəsinə veriblər. Əslində isə həmin göl təxminən 16-18 hektar ərazini əhatə edir. Həmçinin gölün yaxınlığında olan kollektoru da Bayram Novruzov zəbt edibdir. Bu barədə ortada sənədin olmasına baxmayaraq, heç bir tədbir görülmür. Biz dəfələrlə aidiyyatı orqanlara müraciət edib xahiş etmişik ki, kənd ərazisində olan göllər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ölçülsün. Çünki həmin 3 təbii göl qeyd etdiyimiz kimi 45 hektar ərazini əhatə edir, ancaq sənəddə 22 hektar qeyd edilib.Adicə metrə ilə ölçəndə bunu aydın etmək olur". Sakinlər qeyd edir ki, Gödəkqobu kənd sakinləri dədə-baba vaxtından həmin təbii göldən istifadə edib balıq tutub, ov edib ailələrini dolandırıblar: "İndi bir qrup vəzifə saxtakarları talançılıqla məşğul olub kənd camaatına zülm edirlər. Bu cinayət əməlləri araşdırılmalı və cavabdeh vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidirlər. Cənab Prezident kənd təsərrüfatının inkişafı üçün mütərəqqi addımlar atsa da, buna qarşı çıxan İxtiyarovlar və Novruzovlar kimi məsuliyyətsiz və səriştəsiz vəzifəli şəxslər var".
Ölkə prezidenti İlham Əliyevə müraciət edən kənd sakinləri yazır: "Cənab Prezident! Xalq sizə inanır və sizin arxanızdadır. Ancaq öz maraqlarına görə vəzifə saxtakarlıqları edən şəxslər sizə, dövlətə və qanunlara qarşı çıxırlar ki, onların barəsində təcili tədbirlər görülməlidir. Sizdən xahiş edirik ki, şikayətimizdə göstərdiyimiz qanunsuzluq faktlarının yerində, bizim iştirakımızla obyektiv araşdırılıb ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz". Məktubu kənd sakinləri adından Əhədov Abdulhəmid Abduləhəd oğlu, Sarıyev Qafar Qulu oğlu, Mürşüdov Münasib Abdul oğlu imzalayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.