Vaqif Əmiraslanovun “pulyığanı” Humanitar Kollecə də nüfuz edir

23-09-2016, 01:51           
Vaqif Əmiraslanovun “pulyığanı” Humanitar Kollecə də nüfuz edir
Bakı Sosial-Pedaqoji Kollecinin Humanitar Kolleclə birləşməsindən sonra, hər iki müəssisənin "kassasına” nəzarəti Əsəd müəllim həyata keçirir Biz dəfələrlə, redaksiyamıza daxil olan məktublar əsasında bəzi kolleclərdə müşahidə olunan neqativ hallardan, bu tədris müəssisələrinin rəhbərləri tərəfindən yol verilən ciddi qanun pozuntularından bəhs edən bir neçə tənqidi məqalə dərc etmişdik. Məlum olduğu kimi təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır. Bu baxımdan Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanovun fəaliyyəti də ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Daha doğrusu, redaksiyamıza daxil olan məlumatlarda da qeyd olunduğu kimi, Vaqif müəllimin yarıtmaz fəaliyyəti kollecdə təhsil alan tələbələr və xüsusən də onların valideynləri tərəfindən ciddi narazılıqla qarşılanır. Görünür Vaqif Əmiraslanov qəti olaraq bu fikirdədir ki, illik tədris dövrünün hər növbəti mərhələsi ilk növbədə məhz kollec direktorunun maddi maraqlarını təminatı üçün yeni imkanların açılması ilə əlamətdar olmalıdır. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da biz qeyd etmişik ki, indiyədək aldığımız məlumatlarda, rəhbərlik etdiyi təhsil müəssisəsində rüşvətxorluğun dərin kök saldığı iddia olunan kollec direktorları sırasında məhz Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanovun adına daha tez-tez rast gəlirik. Həmçinin bu da məlumdur ki, Vaqif Əmiraslanovun fəaliyyəti təkcə kollecin kollektifi tərəfindən deyil, ümumilikdə ictimaiyyət tərəfindən də qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Bakı Sosial-Pedaqoji Kollecində cərəyan edən proseslərlə bağlı məlumatları təqdim edən mənbələr iddia edirlər ki, hazırda adıçəkilən təhsil ocağında ən müxtəlif səpkili özbaşınalıqlar hökm sürməkdədir. Aldığımız məlumatlarda qeyd olunur ki, Vaqif Əmiraslanovun tətbiq etdiyi idarəçilik üsulları təhsil ocağının əməlli-başlı gəlir mənbəyi kimi istismarınaşərait yaradıb. Maraqlıdır ki, bəzi mənbələrin iddiasına görə, kollec direktoru qardaşı Əhliman Əmiraslanova güvənərək, rəhbərlik etdiyi kollecdə "bazar” pirinsiplərini hər növbəti tədris ili daha da dərinləşdirir. Bu xüsusda aldığımız açıqlamalardan birində deyilir: "Tibb Universitetinin keçmiş rektoru, Vaqif Əmiraslanovun qardaşı Əhliman Əmiraslanov deputat seçiləndən sonra, bizim direktorun ümumiyyətlə "ayaqları yer görmür”. Kollecdə onsuz da baş alıb gedən qanunsuzluqlar indi daha da artıb. Vaqif müəllim indi hər semestr üçün bir tələbədən yığılan pulların məbləğini də artıraraq, bu məbləği 500-600 manat civarında müəyyənləşdirib. Kollecdə təhsilin səviyyəsi isə, indiyədək görünməmiş qədər aşağı düşüb. Artıq bu özbaşınalıqlardan, bəzilərini çıxmaq şərtilə, kollecimizin müəllimləri də beziblər. Bəziləri deyəndə isə, qiyabi təhsil şöbəsinin müdiri Əsəd müəllim kimi, Vaqif Əmiraslanovun pulyığanı funksiyasını, yaxud da bu kimi digər qanunsuz işləri həyata keçirən "müəllimləri” nəzərdə tuturam...” Yeri gəlmişkən, Əsəd müəllimin xoş olmayan sədası artıq bir müddətdir ki, bizim də diqqətimizi cəlb etməkdədir. Əldə etdiyimiz məlumatlara görə, Bakı Sosial-Pedaqoji Kollecinin Humanitar Kolleclə birləşməsindən sonra, Əsəd müəllimin pul yığmaq "səlahiyyətləri” artıq bu müəssisəyə də şamil olunmuşdur... Gundelik-baku.com
teref.az olaraq adları çəkilən hər bir şəxsə cavab haqqı tanıyırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.