"Volkswagen" və BMW şirkətlərinin işçiləri etirazlara başlayıblar - SƏBƏB

30-10-2024, 17:25           
"Volkswagen" və BMW şirkətlərinin işçiləri etirazlara başlayıblar - SƏBƏB
Almaniyada "Volkswagen" və "BMW" avtomobil şirkətlərinin işçiləri xəbərdarlıq tətillərinə başlayıblar.
Bu barədə "Bild" yazır.

Bildirilir ki, tətillərə "IG Metall" həmkarlar ittifaqı çağırış edib və Almaniyanın metallurgiya və elektrotexnika sənayesində ilk etiraz dalğasına start verilib.

"Tətillərdə "Volkswagen" və BMW avtomobil istehsalçılarının işçiləri də iştirak edirlər", - məqalədə qeyd olunur.

Osnabrükdə "Volkswagen" zavodunun 250 işçisi tətildə iştirak edir, insanlar BMW zavodları və digər müəssisələr qarşısında da etiraz edirlər. İngolştadtda "Audi" zavodunda da tətil gözlənilir.

İşçilər əməkhaqqının və təcrübəçilərin maaşının artırılmasını tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru