Heydər Əsədovun idarəsinin referendum rəzaləti: baytarlıq idarəsi Sumqayıtda reketlik edir – VİDEO

28-09-2016, 02:13           
Heydər Əsədovun idarəsinin referendum rəzaləti: baytarlıq idarəsi Sumqayıtda reketlik edir – VİDEO
Məşhur bir misal var: keçi can hayında, qəssab piy axtarır. Söhbət referendum günü Sumqayıtdakı şadlıq evlərindən yoxlama adı ilə pulyığma əməliyyatından gedir. Belə ki, ümumxalq səsverməsi günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sentyabrın 1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa imza atıb.
O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın (şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin qarşısında bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib. Ona verilən 20 manata qalığı qaytarmağa xırda pulu olmadığını deyib. Q.Süleymanov 10 manatla razılaşmayıb, 15 manat tələb edibmiş. Rəzalətdir! Ən qəribəsi də budur ki, Qalib həkimin hansı ekspertiza işlərini yerinə yetirdiyi məlum deyil.
Görünür, Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Elman Aslanov məzuniyyətdə olan Qalib həkimə “get daşdan pul çıxar” əmrini veribmiş. E.Aslanov vəzifəni əlinə keçirən kimi “qaz vurub, qazan doldurmaq” sevdasına düşüb. Özü də referendum günü başlayıb. Artıq bu faktla bağlı redaksiyamıza video görüntülər təqdim olunub. Ümid edirik ki, kənd təsərrüfatı naziri Heydər Əsədov kadrlara baxanda tabeliyində işləyənlərin yığdıqları pulların kimə çatacağını araşdıracaq.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
[media=https://www.youtube.com/watch?v=FTzJWfrDifA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.