“AzF”Co LTD şirkətinin təsisçisi Həsənov Mehmanşa kimə güvənir?
5-10-2016, 21:16
Son bir neçə ayda Əmlak Komitəsi ətrafında baş verən olaylarla bağlı redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmir. Məlumatların böyük əksəriyyəti Komitənin ayrı-ayrı nüfuzlu şəxslərinin özbaşınalıqlarının qurbanı olan sahibkarlar və sıravi vətəndaşlardır.
7news.az-a daxil olan növbəti müraciətdə isə bir sahibkara, vətəndaşa qarşı edilən cinayətin təfərrüatından söz açılır. Müraciəti olduğu kimi təqdim edirik:
"Məlumat üçün bildirirəm ki, mən Güləhməd Nurmuhamməd oğlu 1999-cu ildən Xaçmaz rayonu "Xudatbalıq” zavodunda direktor vəzifəsində işləmişəm.
2002-ci ildə müəssə Əmlak Komitəsi tərəfindən özəlləşdirilməsi üçün hərraca çıxarılmışdır.
Qanunla birinci növbədə əmək kollketivinə təklif olunmuşdur. Belə olan halda özəlləşdirmək qərarına gəldik. Əvvəlcə 11054 ədəd çek təqdim etməklə qəbz hərracında qalib olduq. Növbəti mərhələdə isə pul ödənişlərini aparmaqla qalib olduq.
Biz 100%- li ödənişlər etməyimizə baxmayaraq, Əmlak Komitəsindən Rüstəm Şahbazov mənə bildirdi ki, yalnız 30% sizə və 15% kollektivə verə vilərik. Belə olan halda əlacsız qalaraq təklifə razılaşmalı olduq.
Tərəfimizdən Səhmdar cəmiyyət yaradıldı və bütün sənədləşmələri həyata keçirməklə 2005-ci ilin mart ayından 30% mülkün mənə və 13,6% kollektivin olmaqla mülkiyyətin sahibi olduq.
Bir il sonra (2006-cı ildə) müəsisənin 56,4% hissəsi əslən Cəbrayıl rayonundan olan məcburi köçkün Verdizadə Elnur Həsən oğlunun adına özəlləşdirildi və həmin hissə alqı-satqı yolu ilə "AzF”Co LTD şirkətinə satıldı. Həmin vaxtdan mübahisəli məsələlər yarandı. 2005-ci ildən bu günə kimi 11 il ərzində nə özləri istifadə edirlər, nədə bizə özəlləşdirdiyimiz sahəyə girməyə imkan verirlər.
Müraciət etmədiyimiz yer qalmayıb, lakin biz müsbət cavab ala bilmədik.
"AzF”Co LTD şirkətinin təsisçisi Həsənov Mehmanşa Əhəd Puz adlı şəxsə arxalandığını və açıq-aşkar bizi bu yolla aldatdığını bildirir. Müstəqil və hüquqi dövlətdə əlimizdə sənədlərimiz olduğu halda bizi necə aldatdığını anlaya bilmirik.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev dəfələrlə Nazirlər Kabinetinin toplantısında və sahibkarlarla görüşəndə bildirmişdir ki, sahibkara mane olan bütün ünsüzləri aradan qaldırmaq və sahibkarlara şərait yaratmaq lazımdır.
Bu sözlərdən ruhlanaraq yenidən vəzifəli şəxslərə müraciətlər etmişik, ümidvarıq ki, əlimizdə hüquqi sənədlərimiz ola-ola bu 11 il ərzində bizə dəyən maddi və mənəvi zərbələrin ədalətli həlli öz yerini tapacaq.
Bizi öz mülkümüzün sahibi olub, qurub yaratmaq istəyirik.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!