ŞOK İDDİA! “Heydər Əsədov erməniylə müqavilə bağlayıb… Baytarlıqdan haqq yığır””

10-10-2016, 00:28           
ŞOK İDDİA! “Heydər Əsədov erməniylə müqavilə bağlayıb… Baytarlıqdan haqq yığır””
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin özbaşınalqılarından və yarıtmaz fəaliyyətindən söz açmışdıq. “Heydər Əsədovun referendum rəzaləti: baytarlıq idarəsi Sumqayıtda reketlik edir” başlıqlı yazımızda etmişdik ki, ölkəmizdə senytabrın 26-da baş tutan referendum günü Sumqayıtdakı şadlıq evlərindən yoxlama adı ilə pulyığma əməliyyatı aparılıb. Belə ki, ümumxalq səsverməsi günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sentyabrın 1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa imza atıb. O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın (şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin qarşısında bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib. Ona verilən 20 manata qalığı qaytarmağa xırda pulu olmadığını deyib. Q.Süleymanov 10 manatla razılaşmayıb, 15 manat tələb edibmiş. Rəzalətdir! Ən qəribəsi də budur ki, Qalib həkimin hansı ekspertiza işlərini yerinə yetirdiyi məlum deyil. Görünür, Sumqayıt şəhər Baytarlıq İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Elman Aslanov məzuniyyətdə olan Qalib həkimə “get daşdan pul çıxar” əmrini veribmiş. E.Aslanov vəzifəni əlinə keçirən kimi “qaz vurub, qazan doldurmaq” sevdasına düşüb. Özü də referendum günü başlayıb. Artıq bu faktla bağlı redaksiyamıza video görüntülər təqdim olunub. Ümid edirik ki, kənd təsərrüfatı naziri Heydər Əsədov kadrlara baxanda tabeliyində işləyənlərin yığdıqları pulların kimə çatacağını araşdıracaq.
Vəziyyəti dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP)sədri Hafiz Hacıyev cumhuriyyet.az-a söyləyib ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin heç bir günahı yoxdur. O qurum nazirinə baxıb, iş görür: “Nazir tələb qoyur ki, mən villa tikdirirəm, pul yığın gətirin. Belə olan halda baytarlıq idarələri nə etməlidir? Bu gün rayon baytarlıq idarələri ancaq qəssabların başının üstünü kəsib “haq” yığmaqla məşğuldurlar. Halbuki həmin baytar həkimlər indiyəqədər bir malı müalicə edib sağalda bilməyib. Sadəcə onlar H.Əsədovun erməni mənşəli bir insanla müqavilə bağlayıb gətirdiyi dərmanları işə keçirməklə məşğuldurlarlar ki, həmin dərmanların heç bir təsiri yoxdur. Ona görə də, hazırda ölkəmizin kənd təsərrüfatı bərbad vəziyyətdədir. Bu gün kənd təsərrüfat məhsullarına çox böyük tələbat var. Amma istehsal yoxdur. Göstərilən rəqəmlər yalandır. Kağız üzərində çox şeylər yazılıb, amma həmin məhsulları bazarlarda piştaxtalarda görmək mümkün deyil. İndi üzümün yığılma vaxtıdır. Üzümün bol vaxtı onu 2 manat 50 qəpiyə satırlarsa, kənd təsərrüfatının hansı inkişafından söhbət gedə bilər? Sumqayıtdan olan həmin baytar həkim bəzi media quruluşlarına açıqlamasında qeyd edib ki, neynəməliyik ki, bizə H.Əsədov aylıq “haqq” qoyub. Biz də məcurubuq ki, gedib belə işlərlə məşğul olaq. Məncə, sıravi baytar həkimin günahı yoxdur. Onun başında duran nazir təqsirkardır. Oda yerində olmayan adamdır. Dövlətə, dövlət başçısına xəyanət edən adamdır. Onun kürəkəni Londonda prezidentin əlehinə çıxışlar edir”.
Kənd təsərrüfatında olan özbaşnalıqlar deməkdən yorulduğunu söyləyən H.Hacıyev cumhuriyyet.az-a bəyan edib ki, H.Əsədov qanunsuz olaraq milyardlarla manat mənimsəyib: “Bu adamın milyardları var. H.Əsədov Varovskidə 4 villa tikdirib. Həsən Əliyev küçəsində isə bir villa alıb. Onların hərəsinin dəyəri 6-7 milyon manatla ölçülür. Ümumi hesablayanda 50 milyon manat pul xərclənib. H.Əsədov bu qədər pulu haradan alıb?. Hamısı baytar həkimlərin yığdığı pullardır. Bu mənada hesabe diərm ki, bayratlıq xidməti özəlləşməlidir. Yerlərdə maldarlıqla məşğul olan sahibkarlar varsa, onlar gedib, baytar həkimlə müqvilə bağlayıb onu işlədə bilər. Amma bu gün belə deyil. Hər şey kağız üzərindədir və yalandır. Onların sahibkarlara heç bir köməyi yoxdur. Dövlət büdcəsindən pul ayrılır . Onlar da axşama qədər yazıq kəndlinin minbir əziyyətlə saxladıdığı malını kəsən kimi baytar həkimlər başının üstünü kəsib rüşvət istəyir. Bunu bütün ölkə bilir. Neynəmək olar? Görünür, H.Əsədovun arxasında duranlar var. Onu əməllərini ört- basdır edirlər. Amma zaman gələcək ki, o da, xalq qarşısında cavab verməli olacaq”.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.