Aqil Nəzərlini ifşa edən fakt: qohumluq əlaqələri və daha nələr...
10-10-2016, 09:17
Bir müddət öncə ölkə mətbuatında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli haqqında xoşagəlməz məlumatlar dərc edilib. Bəri başdan qeyd edək ki, ölkə başçısının 16 iyun 2016-cı il tarixli sərəncamı ilə A. Nəzərli Laçın RİH-nin başçısı təyin edilib.
Dosye.org xəbər verir ki, Aqil Nəzərli icra başçısı təyin olunduqdan sonra rayonda vəzifə alveri və digər xoşagəlməz olaylar haqqında məlumatlar internet saytlarına sızmağa başladı. Bunlardan əlavə icra başçısının kimlə qohumluq əlaqəsi olduğu də üzə çıxdı. Bu barədə JAM.AZ saytı(http://jam.az/index.php?sid=11351) kifayət qədər məlumatlar dərc edib. Xatırladmaq üçün bildirək ki, Aqil Nəzərli bir neçə il bundan əvvəl MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş Güləbirdli Vaqifin kürəkəni sayılır.
Kürəkəni olduğu Güləbirdli Vaqif heç də səbəbsiz yerə həbs olunmayıb. Həmin vaxt rəsmi məlumatlarda qeyd olunurdu ki, sözügedən şəxs qoyun sürülərini işğal altında olan ərazilərimizə belə apara bilirmiş. Onun ermənilərlə əlaqəsi olduğu və məhz bu əlaqəyə görə də, sürülərini Qarabağ ərazilərində sərbəst dolaşdıra bildiyi vurğulanır.
Hələ 1993-cü il noyabr və dekabr aylarında Ağdam rayonun Güllücə kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş Qarabağ döyüşçüləri bildirirdilər ki, Vaqif və oğlu Cabbar özlərini şübhəli aparırdılar. Hətda məlumatlarda o da vurğulanır ki, Vaqif Cabbarov N saylı hərbi hissənin 5-ci battalion komandiri idi. Onu da nəzərinizə çatdıraq ki, həmin vaxt onun evindən silah-sursatla yanaşı, ratsiyalar da aşkarlanaraq götürülmüşdü. Lakin tanınmış icra başçılarından birinin sayəsində bir müddət yatdığı həbsdən azad olunmuşdur.
teref.az olaraq məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
teref.az