Mask dövlət idarəçiliyində blokçeyn texnologiyalarını tətbiq edəcək

26-01-2025, 10:34           
Mask dövlət idarəçiliyində blokçeyn texnologiyalarını tətbiq edəcək
ABŞ-ın Hökumət Effektivliyi Departamenti (DOGE) rəhbəri İlon Mask, dövlət idarəçiliyində blokçeyn texnologiyalarının tətbiqini nəzərdən keçirir.

Bloomberg-in verdiyi məlumata görə, Mask bu texnologiyanın dövlət xərclərinin daha effektiv monitorinqinə, məlumatların təhlükəsizliyinə və zəruri ödənişlərin şəffaf həyata keçirilməsinə töhfə verəcəyinə inanır. Hazırda DOGE bəzi ictimai blokçeyn platformaları ilə danışıqlar aparır.

Dekabr ayında bu yanaşmanın imkanları Donald Trampın keçid komandasının nümayəndələri ilə müzakirə olunub. Məlumata görə, blokçeyn Maskın departamentin fəaliyyətinə təqdim etmək istədiyi texnoloji həllərdən sadəcə biri olacaq.

Donald Tramp daha əvvəl bildirib ki, DOGE, Ağ Ev ilə əməkdaşlıq çərçivəsində "məsləhətlər və təlimatlar təqdim edəcək". NBC News-a görə, adından fərqli olaraq, DOGE federal hökumət daxilində tam hüquqlu bir departament statusuna malik olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru