1 saylı tam orta məktəbin direktoru Kamalə xanım nə Mikayıl Cabbarovu saya salır, nə də Təhsil Şöbəsini... - ÖZBAŞINALIQ

10-10-2016, 21:13           
1 saylı tam orta məktəbin direktoru Kamalə xanım nə Mikayıl Cabbarovu saya salır, nə də Təhsil Şöbəsini... - ÖZBAŞINALIQ
Xırdalanda fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə özbaşınalıq hökm sürür

Azerinfo.az saytının elektron poçtuna şikayət məktubu daxil olub. Mənbənin bildirdiyinə görə, sözügedən təhsil müəssisəsinin direktoru Kamalə xanım heç rayonun Təhsil Şöbəsini də saya salmayaraq, özünün yazılmamış qanunlarını tətbiq etməklə, "borusunu ötdürür”. Əvvəllər Ceyranbatan qəsəbəsindəki məktəbdə direktor işləyən Kamalə xanım, Sumqayıtın hazırkı icra başçısı Zakir Fərəcovun "xeyir-duası ilə” buraya təyin olunub və deyilənə görə, elə ilk gündən məktəbi bazara çevirməyə başlayıb. Keçmiş direktorun heç ağlının ucundan belə keçməyənlər indiki üçün adi normaya çevrilmişdir. Məktəbdə mütəmadi olaraq müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılması, yalnız direktorun gətirtdiyi malların alınmasının vacib şərt kimi ortaya qoyulması direktorun amiranəliyinə və arxalı olduğuna bariz işarətdir.Lakin, mənbəmiz onu da qeyd edir ki, hər yerdə Zakir Fərəcovun və onun həyat yoldşının adlarını hallandırması Kamalə xanıma heç də ucuz və yaxud havayı başa gəlməyib....
Daxil olan çox ilginc məlumatları dəqiq araşdırmaq məqsədilə direktorla telefon əlaqəsi saxladıq və məsələlərə qarşı tərəf kimi münasibət bildirməyi xahiş etdik. O isə qanunun tələbinə əsasən jurnalistin suallarını cavablandırmaq əvəzinə, əməkdaşımıza birbaşa rüşvət təklf etdi.....(təfərrüatı növbətı məqaləmizdə)
teref.az olaraq qarşı tərfəin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.