BMT baş katibi təşkilatın daha 7 işçisinin Yəməndə husi üsyançıları tərəfindən saxlanıldığını bildirib

Bu gün, 08:44           
BMT baş katibi təşkilatın daha 7 işçisinin Yəməndə husi üsyançıları tərəfindən saxlanıldığını bildirib
Birləşmiş Millətlər Təşkilatının sədri cümə günü bildirib ki, Yəmənin husi üsyançıları yardım işçilərini hədəf aldıqları ən son addımda BMT-nin yeddi işçisini ələ keçiriblər.

Baş katib Antonio Quterreş dünyanın ən pis humanitar böhranlarından birinin yaşandığı Yəməndə saxlanılan bütün yardım işçilərinin “dərhal və qeydsiz-şərtsiz sərbəst buraxılması”na çağırıb.

“Onların ixtiyari şəkildə saxlanmalarının davam etməsi qəbuledilməzdir,” Quterreş bəyanatında deyib və əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı saxlanılanların sərbəst buraxılmasını təmin etmək üzərində işləyir.

İranın dəstəklədiyi husilər BMT və başqa humanitar təşkilatlarının onlarla işçisini saxlayıblar.

Quterreş bildirib ki, “BMT personalının və tərəfdaşlarının davamlı olaraq hədəfə alınması bizim Yəməndə ehtiyacı olan milyonlarla insana yardım etmək imkanlarımıza mənfi təsir edir.”

BMT-nin məlumatına görə, on ildən çoxdur davam edən müharibədən əziyyət çəkən Yəmən 18 milyondan çox insanın yardıma və müdafiəyə ehtiyacı olduğu humanitar fəlakətə qərq olub.

BMT-nin Yəmən üzrə daimi koordinatorunun ofisi bildirib ki, son həbslərdən sonra Birləşmiş Millətlər Təşkilatı husilərin nəzarətində olan ərazilərə “bütün rəsmi hərəkətləri” dayandırıb.

Həbslər ABŞ prezidenti Donald Trampın husilərin yenidən ABŞ-ın xarici terror təşkilatları siyahısına salınması ilə bağlı göstəriş verməsindən sonraya təsadüf edib.

Çərşənbə günü imzalanan sərəncama əsasən, husilərin yenidən siyahıya salınması, Yəməndə çalışan və ABŞ-dan maliyyə alan BMT agentliklərinin və digər qeyri-hökumət təşkilatlarının nəzərdən keçirilməsinə səbəb olacaq.

ABŞ-da fəaliyyət göstərən risklər üzrə müşavir qrupu “Basha Report”un əməkdaşı Məhəmməd əl-Başa son həbsləri husilərin “terrorçu” siyahısına daxil edilməsinə “gözlənilən reaksiya” adlandırıb.

“Onlar güman edirlər ki, BMT işçilərini həbs etməklə beynəlxalq ictimaiyyətə Tramp administrasiyasına təzyiq etmələri üçün təzyiq göstərə biləcəklər.”

2014-cü ildə paytaxt Sənanı ələ keçirən və yoxsul ölkənin böyük bir hissəsini idarə edən husilər dərhal şərh verməyib.

Fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini deyən üsyançılar Qəzza müharibəsi başlayandan bəri Qırmızı dənizdə gəmiçilik yoluna hücumlar edib və İsraili atəşə tutub, bu da ABŞ, İsrail və Britaniya qüvvələrinin cavab hücumlarına səbəb olub.

Qəzzada ötən bazar günü atəşkəsin qüvvəyə minməsi ilə, husilər barışdırıcı addımlar atıblar ki, buna 2023-cü ilin noyabrında Qırmızı dənizdə ələ keçirdikləri yük gəmisi Galaxy Leader-in 25 nəfərlik beynəlxalq heyətini azad etmək də daxildir.

Üsyançılar həmçinin Qırmızı dənizdə hücumlarını azaltmağı vəd ediblər və atəşkəsə sadiq qalacağı təqdirdə İsraili hədəfə almayacaqlarını bildiriblər.

Husilər 2015-ci ildən bəri Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya ilə müharibədədir, bamxyaraq ki, zorakılıqlar BMT-nin 2022-ci ildə vasitəçilik etdiyi atəşkəsən bəri kəskin şəkildə azalıb.

İnsan hüququları qruplarının məlumatına görə, müharibə başlayandan bəri husilər yüzlərlə mülki şəxsi, o cümlədən BMT və QHT işçilərini ixtiyari şəkilə həbs edib və işgəncələrə məruz qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.