"Rus evi" susur, Primakov isə babasının yolu ilə gedir — VİDEO

28-01-2025, 15:14           
"Rus evi" susur, Primakov isə babasının yolu ilə gedir — VİDEO
"Etibarlı mənbələrdən bizə belə bir məlumat daxil olub ki, "Rus evi" daha çox "Rus kəşfiyyat evi" kimi fəaliyyət göstərir. Biz media resursu olaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən hər kəsi ifşa edirik. Rusiyada federal səviyyədə vəzifədə olan Yevgeni Primakov isə əlində olan media resursları ilə hay-küy qoparıb bizim səsləndirdiyimiz fikirləri fərqli istiqamətlərə çəkməyə çalışır".

Bunu Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov deyib.

"Mən üzümü Yevgeni Primakovun simasında Rusiyadakı şəxslərə tutub deyirəm ki, siz bizim ortaya qoyduğumuz iddia barədə hüquqi müstəvidə tədbirlər görə bilərsiniz. Amma bunu bir media resursunun üzərindən götürüb azərbaycanlılara qarşı təbliğatın predmetinə çevirməyə çalışırsınızsa, deməli, burada başqa bir maraq var. Eyni zamanda məsələni hüquqi müstəviyə daşımırsınızsa, bizim iddiamızın, əslində, əsaslandırıla biləcəyindən xəbərdarsınız", - deyə o vurğulayıb.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.