Durov DeepSeek-in uğurunu izah etdi
Bu gün, 12:14
Hazırda Çin orta təhsili Qərb təhsilindən üstündür, bunu "DeepSeek" süni intellekt köməkçisinin uğuru göstərir.
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Teleqram mesajlaşma proqramının təsisçisi Pavel Durov bildirib.
"Çinli startap DeepSeek-in uğurundan sonra çoxları təəccüblənir ki, Çin süni intellekt sahəsində ABŞ-ni necə sürətlə geridə qoyub. Lakin Çin üzrə alqoritmaların səmərəliliyindəki irəliləyiş heç bir şeydən yaranmayıb. Çinli məktəblilər artıq uzun müddətdir ki, beynəlxalq olimpiadalarda riyaziyyat və proqramlaşdırma üzrə başqalarını geridə qoyurlar",-deyə Durov qeyd edib.
Durov əlavə edib ki, Çində şagirdlər arasında sərt rəqabət modelinə təşviq edilir. Bunun əksinə, çox sayda Qərb ölkələrində şagirdlərin qiymətləri və reytinqləri barədə ictimai elanlar qadağandır. Onun sözlərinə görə, Qərbin yanaşma üsulları gözlənilən şəkildə ən yaxşı şagirdləri motivasiyasız edir.
2025-ci ilin yanvar ayında "DeepSeek" Rusiyanın Google Play-də ən populyar pulsuz tətbiq olub. Tətbiq artıq 10 milyon dəfə yüklənib və istifadəçilər onu 5 baldan 4,8 qiymətləndirib. DeepSeek-in buraxılışı 8 yanvarda baş tutub.
DeepSeek-in meydana gəlməsi dünya texnologiya bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bloomberg agentliyi bildirir ki, texnologiya şirkətlərinin səhmlərinin qiymətinin düşməsi nəticəsində dünyanın ən zəngin 500 insanının ümumi sərvəti 108 milyard dollar azalıb.