Siyanfər Əliyevin ilginc dosyesi: Akif Çovdarovun adamı konstitusiyaya meydan oxuyur

11-10-2016, 13:51           
Siyanfər Əliyevin ilginc dosyesi: Akif Çovdarovun adamı konstitusiyaya meydan oxuyur
Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin qanunsuz əməllərindən bəhs etmişdik. Həmçinin bildirmişdik ki, adı müxtəlif qalmaqallarda hallanan bələdiyyə sədrinin sabiq MTN generalı Akif Çovdarovla da sıx əlaqələri olub. Belə ki, Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev bu günlərdə Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib.
Bu günlərdə cumhuriyyet.az-a bələdiyyə sədri ilə bağlı daha bir ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, S.Əliyev Masazır ərazisindəki bir sıra torpaqlarla yanaşı, Masazırda adı olmayan, lakin xəritədə qeyd olunan gölü ətrafındakı torpaqlarla birlikdə satıb. Göl ərazisi də daxil olmaqla ətrafdakı 9 hektarlıq torpaq sahəsini ona miras qalan dədə-baba mülki kimi satan bələdiyyə sədri, bundan xəbər tutan sahibkarların etirazına da məhəl qoymayıb. Məlumat üçün qeyd edək ki, ölkə konstitusiyası və digər müvafiq qanunlara görə meşə, çay, göl, yeraltı ehtiyatlar və s. dövlətə məxsusdur və alınıb-satıla bilməz. Lakin görünən odur ki, S.Əliyev heç də belə düşünmür və hesab edir ki, o yerdə ki, “5-10 manat” xeyir var, orada ölkə konstitusiyasının müddəalarını belə nəzərə almamaq olar. rr ttÖzəl mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, bələdiyyə sədri sadəcə torpaq alqı-satqısı ilə deyil, həm də göydələn biznesi ilə məşğuldur. Belə ki, bələdiyyə torpaqları üzərində söz sahibi olan S.Əliyev bu torpaq sahələrini əlverişli şərtlərlə bina tikintisi ilə məşğul olan şirkətlərə verir və özünü bu şirkətlərin inşa etdiyi yaşayış binalarında pay sahibi edir. Həmin binalara şərik olan S.Əliyev bina sahiblərindən biri kimi mənzil alqı-satqısını həyata keçirir. Mənbənin məlumatına görə, Masazırda bir neçə bu cür yaşayış binasında səhm sahibi olan S.Əliyevin şərik olduğu bu cür binalardan biri Masazırın ən görkəmli yerində inşa edilən “Qəsr” kompleksidir.

Bu yaşayış kompleksinin şəriklərindən biri olan S.Əliyev məlum biznesini genişləndirmək məqsədi ilə ciddi addımalr atmaqdadır. Belə ki, bələdiyyə sədrinin “Villa Badam” kompleksinin ətrafındakı ərazilərdə yeni yaşayış kompleksləri inşa etdirmək fikri var ki, bu da bələdiyyə sədrinin bina inşasına kifayət qədər böyük önəm verdiyini göstərir
Bu arada qeyd edək ki, cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, uzun illərdir ki, Masazır bələdiyyəsinin sədri vəzifəsində çalışan S.Əliyev çoxlu sayda daşınmaz əmlaka, torpaq sahələrinə, restoran və şadlıq evlərinə sahibdir. S.Əliyevin Masazırdakı ən məşhur restoranlarından biri isə əvvəl “Duz gölü” adlanan, daha sonra bir neçə dəfə adı dəyişilən və hazırda “Luqano” adı ilə fəaliyyət göstərən restorandır. Etibarlı mənbənin verdiyi məlumata görə, S.Əliyevin “MTN işi”ndən sonra bu restoranın adını bir neçə dəfə dəyişməsi heç də təsadüfi olmayıb. Sabiq MTN generalı A.Çovdarovla bu restoranda görüşən, burada qol-boyun fotolar çəkdirən S.Əliyev, indi o yaxın keçmişin xatirələrini bütün şahidlərin yaddaşından silməyə çalışır. Amma əbəs yerə. Çünki bu yaxınlığın çoxlu sayda şahidi mövcuddur ki, onların hamısı bu barədə dəqiq məlumata malikdir. Bundan başqa, bilavasitə və dolayı xeyli sayda fakt var ki, bu faktlar da bələdiyyə sədri ilə A.Çovdarovun yaxınlığını isbatlamaq üçün yetərlidir. Odur ki, S.Əliyevin A.Çovdarovla yaxınlığını danması çətin ki, bələdiyyə sədrinin aqibəti baxımından nəyisə dəyişsin.
Mövzunu diqqətdə saxlayacayıq.
Növbəti yazımızda oxuyacaqsınız:
– Bələdiyyə sədrinin Zakir Fərəcova şantaj mesajları və xanım icra başçısına supermarket hədiyyəsi iddiası;
– Müdir maşınında işə gələn katibə olayının təfərrüatları;
– Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov və Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyevlə gizli sövdələşmələr;
– Akif Çovdarovun yaxın qohumu ilə bu gün də davam edən biznes ortaqlığı…
Bizi izləyin…
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.