Meta-nın vacib qeydləri mediaya sızdı

1-02-2025, 10:14           
Meta-nın vacib qeydləri mediaya sızdı
"Meta" korporasiyasının daxili məlumatların açıqlanmasını qadağan edən xidməti qeydlərinin məzmunu mediaya sızıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Verge" nəşri Meta-nın informasiya təhlükəsizliyi direktoru Qay Rozenə istinadən məlumat yayıb.

"Biz informasiya sızmalarını ciddi qəbul edirik və tədbirlər görəcəyik",- deyə Rozen daxili qeydlərində bildirib.

Onun sözlərinə görə, məlumatın oğurlanması və ya sızması şirkətin təhlükəsizliyinə birbaşa təsir göstərir.

Nəşr qeyd edir ki, "Meta"nın baş direktoru Mark Zukerberqin əməkdaşlara ünvanlanan bəzi şərhləri internetə sızdırıldıqdan dərhal sonra, şirkət rəhbərlərindən biri xidməti qeyd göndərərək daxili məlumatları açıqlayan şəxslərin işdən çıxarılacağını xəbərdar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru